Həbsdə yalnız qatıqla qidalanır FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada zəhərlənmək qorxusu səbəbindən qəribə bir pəhrizə keçib.
Milli.Az xəbər verir ki, 70 yaşlı siyasətçi hazırda Paris yaxınlığındakı "La Santé" həbsxanasında saxlanılır.
Məlumata görə, keçmiş dövlət başçısı məhbuslar tərəfindən ölüm təhdidləri aldıqdan sonra ona verilən yeməkləri yeməkdən imtina edib və hazırda yalnız qatıq yeyir. O, həbsxana yeməklərinin zəhərlənə biləcəyindən ehtiyat edir və yalnız bir növ qidayla - yeməkxanadan aldığı məhsulla yaşayır.
Mənbələr bildirir ki, Sarkozi yemək bişirməyi belə bacarmır və hətta yumurta qaynatmaqdan imtina edir.
Xatırladaq ki, Nikola Sarkozi hazırda cinayətkar sui-qəsd və korrupsiya işi üzrə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















