Həbsdə olan vəkillər azadlığa buraxıldılar FOTO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Həbsdə olan Tovuz Vəkil Bürosunun sədri Rəşad Abdullayev və vəkil Süleyman Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə E-hüquq.az-a vəkil Sadir Ağakişiyev məlumat verib.
Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə hökmdən verilən apellyasiya şikayətləri təmin olunub və yekun qərar qəbul edilib.
Qərara əsasən, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunub. Cinayət Məcəlləsinin 297-ci və 320.1-ci maddələri üzrə isə cəza təyin edilməyib.
Rəşad Abdullayevə 3 il, Süleyman Əliyevə isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Hər iki şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Baxış sayı:115
Bu xəbər 30 Sentyabr 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















