Həbsdəki dostuna narkotik apardı BAKIDA
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Lent.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Belə ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















