Icma.az
close
up
RU
Həbsdəki ən zəngin azərbaycanlı generalı kim satıb?

Həbsdəki ən zəngin azərbaycanlı generalı kim satıb?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


9 il azadlıqdan məhrum edilən “Rosqvardiya”nın sabiq idarə rəisi Mirzə Musayevdən 1 milyon 400 min dollar istəyirlər-cinayət işinin təfərrüatları

Rusiya Milli Qvardiyasının(“Rosqvardiya”) maddi-texniki təminat idarəsinin keçmiş rəisi Mirzə Mirzəyevin xüsusilə külli miqdarda rüşvət alma ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat vermişdik.

Bakupost.az Musavat.com-a istinadla xatırladır ki, Rostov-Don Hərbi Məhkəməsi dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq, M.Mirzəyevi 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edib. Azərbaycanlı generala 5 il müddətinə dövlət qulluğunda və ya yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq da qadağan olunub. Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxsə aldığı rüşvəti 140 milyon rublu dövlətə tam ödəməlidir.

53 yaşlı Mirzə Mirzəyev tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Məlum olub ki, həmin vaxt generalın pulunun bir hissəsi iri ayaqqabı istehsalı şirkəti “Demis”in faktiki sahibi Mahir Səfərov vasitəsilə “yuyulub”. O da həmin vaxt həbs edilib, amma belə görtünür ki, M.Səfərovun işi ayrı baxılır.

“Kommersant” o vaxt yazırdı ki, Gürcüstan əsilli 53 yaşlı Mahir Səfərov Rusiya və Türkiyədə böyük ayaqqabı istehsalçısıdır. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində əsas “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadəsi olub. Erkin Zahidov cinayət barədə könüllü məlumat vermiş şəxs kimi cinayət işində şahid statusunda qalıb.

Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Stavropol vilayətidə-Budyonovskda (bir mənbəyə görə isə Gürcüstanda) anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.

Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.

Bəyannaməyə görə, isə son on ildə Mirzə Mirzəyev 14,203 min rubl qazanıb.

M.Mirzəyevin qızlarından başqa Teymur adlı oğlu da var. Oğlanın 28 yaşı var, diş həkimidir. Sosial şəbəkələrə baxanda gənc həkimin öz kabineti və görünür ki, yaxşı reputasiya var. Oğlan gözəl həyatı və yaxşı avtomobilləri sevir - o, “Infiniti” markasına üstünlük verir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see357

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see350

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see342

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see342

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see339

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see336

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see314

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see301

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see290

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see260

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see260

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see253

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see227

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see225

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see225

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see218

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see216

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see206

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri