Icma.az
close
up
RU
MTN nin həbsdəki generalı azadlıqda

MTN nin həbsdəki generalı azadlıqda

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın yaxın tarixində “MTN işi” adı ilə tanınan cinayət dosyesi illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə   rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır.

Gununsesi.info musavat.com-a istinadla xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində iki MTN  generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu.

Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi, eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi. Biri MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edir, digəri isə İstintaq Baş İdarəsini idarə edirdi. 2015-ci ilin oktyabrında  birdən Eldar Mahmudovun qurduğu ibdar sistemin sütunları çökdü. Dövlət təhlükəsizliyi adı altında illərlə insanlara qorxu aşılayan bir qurumun içindən korrupsiya, rüşvət, hədə-qorxu, qanunsuzluq dosyeləri bir-bir üzə çıxmağa başladı. Hər iki generalın işi sonradan Bakı Hərbi Məhkəməsinə göndərildi. Nizami Şirinovun cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırıldı. İstintaq və məhkəmə sənədləri göstərdi ki, Nizami Şirinov və onunla birlikdə ittiham olunan zabitlər illərlə “himayədarlıq” mexanizmi qurublar. Pepperoni pizza

Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirildi ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Bu, bir nəfərin şəxsi korrupsiyası deyildi. Bu, MTN  sisteminin daxilində qurulmuş bir “qara kassa” idi. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərdi, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verdi.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edildi. Amma o, məhkəmə dövründə Mövlam Şıxəliyevdən fərqli bir taktika seçdi. Zərərçəkənlərə dəymiş ziyanı ödədi, üzr istədi, “peşmanam” dedi. Sonra qərarlar bir-bir yumşaldıldı.

Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirdi. Və indi 2025-ci ilin payızında o artıq azad adamdır. “MTN işi”nin generallarından biri azadlığa çıxıb.

Amma eyni gündə qandallanmış digər general Mövlam Şıxəliyev hələ də 9 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan uzaqdır. Qarşıda 8 il cəza müddəti var.

Onun işi Azərbaycan məhkəmə tarixinin ən ağır korrupsiya işlərindən biri kimi yadda qaldı.

İstintaq müəyyən etdi ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib.

Üstəlik, o, sübutları saxtalaşdırıb, səlahiyyətlərini aşıb, zərərçəkmişlərə bir qəpik də qaytarmayıb. Bakı Hərbi Məhkəməsi  hakim Elbəy Allahverdiyevin sədrliyi ilə  Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

Rütbəsi, ordenləri, medalları əlindən alındı. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.

Ali Məhkəmə onun kassasiya şikayətini təmin etmədi.Və bu gün Mövlam Şıxəliyev hələ də dəmir barmaqlıqlar arxasındadır. 2015-ci ildə MTN ləğv olundu, onun yerində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradıldı. Bu, dövlətin köhnə sistemlə vidalaşma qərarı idi.

Amma MTN-dən qalan kölgələr, korrupsiya və qorxu mirası hələ də yaddaşlardan silinməyib. Nizami Şirinov və Mövlam Şıxəliyev dosyeləri həmin kölgələrin ən real xatırlatmasıdır.

Biri azadlıqda nəfəs alır, digəri hələ də dəmir qapılar arxasında saniyələri, dəqiqələri, saatları və günləri  sayır.

Bu iki ad indi tarixin eyni səhifəsindədir. Biri tövbənin, digəri təkəbbürün simvolu kimi yaddaşlara həkk olunub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see427

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see355

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see339

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see337

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see298

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see262

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see252

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see218

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see208

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see195

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see183

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see176

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see170

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see169

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see164

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see162

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see160

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see156

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see151

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri