Icma.az
close
up
RU
Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? Hər kəsi dəhşətə gətirən fakt

Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? Hər kəsi dəhşətə gətirən fakt

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Ötən gün Bakıda 12 yaşlı qızın həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qoyulması xəbəri bütün cəmiyyəti silkələdi. Bununla bağlı məlumatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.
O bildirib ki, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan şəxslə həbsxanada nikaha girib. Qadın qızlarının 11 və 6 yaşı olarkən onları 3 gün cəzaçəkmə müəssisəsində qalmaq üçün özü ilə birgə ora aparıb. K. Ağazadə qeyd edib ki, 12 yaşlı qız həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Birlik sədrinin sözlərinə görə, hazırda 12 yaşı olan qız 7 yaşlı bacısının anasının əlindən alınmasını istəyir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a bildirib ki, azyaşlı ilə bağlı məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.
“Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixososial yardım göstərilir. Onu da qeyd edim ki, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir. Bundan əlavə, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra ictimaiyyətə müvafiq məlumatlar veriləcək”, - T.Mərdanoğlu bildirib.
Bəs cinayətkarı əlavə hansı cəza gözləyir? Baş vermiş hadisəyə görə qızın anası valideynlik hüququndan məhrum edilə bilərmi? Ümumiyyətlə, həbsxanada görüşdə olan məhkumun azyaşlı qızı zorlaması nə qədər mümkündür?
Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Fariz Namazlı bildirib ki, həbsdə olan şəxslərin öz ailə üzvləri ilə həm qısa(4 saat), həm də uzun müddət (3 gün) üçün görüş hüququ var. Həmin müddətdə ailə üzvləri və qanuni maraq doğuran şəxslər onunla 3 günlük görüşə buraxıla bilər: ”Bu situasiyada isə uşaqlar həmin məhbus kişinin doğma uşaqları deyil. Azyaşlıların uzun müddətli görüşdə onun yanında qalmasına icazə verilməyə də bilərdi. Çünki qadının əri olsa da, uşaqların rəsmi atası sayılmır, ailə bağlantısı yoxdur. Həbsxana əməkdaşları bunu nəzərə ala bilərdi”.
Vəkil bildirir ki, belə görüşlərdə otaqlarda kamera nəzarəti olmur: “Ora hotel tipli otaqlardır və 3 gün çölə çıxmırlar. Otaqlarda hər bir şərait olur və içəri nəzarətçilər tərəfindən müdaxilə edilmir. Zorakılıq olubsa, ya uşağın anası bunu bilib gizlədir, ya da özü şərait yaradıb. Ola bilməz ki, ananın bundan xəbəri olmasın. Həbsxana əməkdaşı içəri nəzarət etmir deyə bundan xəbərsiz olması normal haldır. Lakin həmin məhbusun elə cinsi zorakılığa görə həbs edildiyi bildirilir. Belə olan halda həbsxana əməkdaşları əlbəttə, azyaşlıları onun yanına buraxdığı üçün birbaşa məsuliyyət daşıyır. Əgər bu adam belə maddə ilə həbsdə yatırsa, üstəlik də uşaqlar onun deyilsə, həbsxana işçiləri bunu nəzərə alıb faciənin qarşısını ala bilərdilər. Belə ehtimal nəzərə alınmalı idi.
Uşaq yoxlanılacaq, tibbi ekspertizadan keçiriləcək. Əgər onda zorakılıq halları təsdiq olunarsa, ifadəsi və ekspertiza rəyi alınacaq. Araşdırılacaq ki, uşaq yalan danışmağa meyllidir, yoxsa yox. Psixoloji ekspertizadan keçəcək azyaşlı. Yekun nəticə dəyərləndiriləcək və təsdiqini taparsa, atalığa əlavə cinayət işi açılacaq”.
Vəkil deyir ki, əgər ana bu hadisədən xəbərdardısa, onun gözü qarşısında baş veribsə, əlbəttə, analıq hüququndan məhrum ediləcək.
Hüquqşünas Əkrəm Həsənov sayta açıqlamasında bildirib ki, yaşanan hal araşdırma tələb edir: “Əgər bu hadisə yaşanıbsa, həbsxananın administrasiyasının da günahı var. Bir otaqda, ananın gözü qarşısında zorlanma necə baş verə bilər? Belə çıxır ki, buna həbsxana nəzarətçiləri də şərait yaradıb. Əgər iddia təsdiqini tapırsa, təkcə atalığa deyil, çox adama cinayət işi açıla bilər. Burada zorakılıq baş veribsə, ağır cinayətdir. Həbsxana administrasiyası hara baxırdı? Azyaşlının anasının bildiyi təsdiq olunarsa, o da valideynlik hüququndan məhrum edilib, cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu situasiyada sual çoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri