Icma.az
close
up
RU
Həbsxanada sevgi romanı: rəis tabeliyindəki şəxslə evləndi, işdən sonra...

Həbsxanada sevgi romanı: rəis tabeliyindəki şəxslə evləndi, işdən sonra...

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həbsxana romantik görüş üçün ən açıq yer deyil, amma Şarlotta Morqan əri Deni orada tapıb. Cütlük ilk baxışdan aşiq olub və Şarlotta "mənimlə evlənərsənmi?" kimi sözləri eşitməmişdən əvvəl gəlinlik alıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həbsxanada saxlanma üzrə menecer olan 32 yaşlı Şarlotta və həbsxana zabiti olan 46 yaşlı Den 2018-ci ildə Böyük Britaniyanın Saffolk şəhərindəki Highpoint kişi həbsxanasında işə başlayıblar. Hər ikisi 2019-cu ilin fevral ayında yolları kəsişənə qədər subay və karyeraya köklənmiş olublar.

İlk baxışdan, kameralar altında sevgi

Şarlotta deyir ki, aralarındakı kimya dərhal yaranıb. "Həmin gecə zarafatla rəfiqəmə dedim: “Düşünürəm ki, evlənəcəyim kişi ilə tanış olmuşam'", - o söyləyib.

Romantika tez bir zamanda inkişaf edib. Den yaşamaq üçün bir yer axtararkən təsadüfən Şarlotta ilə eyni binada yaşamağa başlayıb. Birlikdə nahar etmək tez bir zamanda ciddi bir münasibətə çevrilib. Həmin ilin noyabr ayına qədər Şarlotta dar cins şalvar alarkən təsadüfən... bir gəlinlik də alıb. Den hələ evlilik təklifi etməyib, amma Şarlotta onun məhz ona ərə gedəcəyini  düşünüb.

Taleyin ironiyası ilə Den nəhayət, Milad günü, cütlüyün uşaq gözlədiklərini öyrənməzdən bir neçə gün əvvəl etiraf edib.

"Həbsxana körpəsi" və ailə iyerarxiyası

Pandemiya səbəbindən toy təxirə salınmalı olub, ailənin ilk övladı oğulları Luis doğulub. Valideynlər tanış olduqları yeri yumorla qeyd ediblər və körpəyə ilk geyimini - "həbsxana uşaqlarımız" ləqəbli qara-ağ zolaqlı bodibini alılblar.

Bu gün Şarlotta vəzifə pillələrində yüksəlib və ərinin birbaşa rəhbəri olub: "Elə an olub ki, tapşırıqlar verib Dana əmr verirdim. O, "Bəli, rəis!" deyə cavab verir və bütün ofis gülüşə qərq olurdu. Biz üz ifadəmizi dəyişməməyə çalışdıq, amma həmkarlarım mənim artıq rəsmi olaraq rəhbər olduğuma inana bilmədilər", - Şarlotta gülür.

İşdənkənar həyat

Eyni müəssisədə işləmələrinə baxmayaraq, cütlük ciddi bir qaydaya riayət edir: "İş işdir, ev isə evdir". Cədvəlləri tez-tez ziddiyyət təşkil etsə də (Şarlotta gecə növbələrində, Den isə gündüz növbələrində işləyir), 5 yaşlı oğullarını böyütmək üçün vaxt tapırlar.

Əvvəllər 20 il santexnik işləmiş Den karyerasını dəyişdiyinə görə heç vaxt peşman olmayacağını deyir: "Mən həbsxanaya sevgi tapmaq üçün getməmişəm, amma burada insanlarla inanılmaz dərəcədə yaxın münasibətlər qurursan. Bir-birinizə güvənir, bir komanda olursunuz və bəzən - bizim kimi - hətta aşiq olursunuz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 May 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri