Icma.az
close
up
RU
Həbsxanalardakı vəziyyət niyə dəyişmir? KONKRET

Həbsxanalardakı vəziyyət niyə dəyişmir? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Həbsxanalardakı vəziyyətlə bağlı həmişə narahatlığımızı ifadə etmişik. Sovet dövründə adətən həbsxanalarda vəziyyətin qanundankənar vasitələrlə nəzarət mexanizmlərinin həyata keçirilməsindən şikayətlənirdik. Bu da yolverilməzdir. Təəssüf ki, indi də belə hallara rast gəlirik, çoxlu məlumatlar alırıq. Yeməklərin keyfiyyətsiz olması, məhbuslarla normal davranılmaması… Sovet dövründən bəri, hətta hakim olanda da qarşımdakı müttəhimə, müqəssirə bir insan kimi baxmışam və özümü onun yerinə qoymuşam. Birinci düşünmək lazımdır ki, həbsdə olanlar insandırlar, vətəndaşdılar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, məhbusların bir çoxu əsəbi halda, ictimai mühitin pozğunluğuna qoşulub, narkotik çəkənlərin əhatəsinə düşüb və cinayətlər törədiblər: “Milli Məclisdə də dəfələrlə bu məsələni qaldırırdım. Həbsxanaya deputat kimi səfərlərimizdə də deyirdim ki, bir sıra dövlətlərdə narkotik aludəçilərini müalicəyə göndərirlər. Biz isə həbsxanaya göndəririk. Az qala həbsxanalarda hər üç nəfərdən ikisi narkotiklə bağlı məhkum olunub. Bunu aradan qaldırmaq lazımdır. Ora çəkilən xərcin yarısından azını çəkməklə həmin şəxslərin müalicəsini təşkil etmək olar. Onları tərbiyə edib, cəmiyyətə qaytarmaq lazımdır ki, faydalı vətəndaş olsunlar. Həbsxanada anket məlumatları da, şəxsiyyətləri də korlanır. Bu kimi hallar baş alıb gedir. Ümid edirdim ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəhbərliyi dəyişdikdən sonra bu məsələlər yoluna qoyular. Yenə də ümidimi üzmürəm. Hesab edirəm, köklü dəyişikliklərə mütləq şərait yaradılmalı, bütün həbsxanalarda qanunun aliliyi təmin olunmalı, qanundankənar vasitələrlə təsir imkanları aradan qaldırılmalıdır”, – o bildirib.

Qeyd: Penitensiar xidmətin rəisi hazırda general-mayor Mirsaleh Seyidovdur. O, 2023-cü ilin iyul ayından bu vəzifədə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri