Icma.az
close
up
RU
Deputat və hüquqşünas həbsxanalardakı sıxlıqdan danışır ŞƏRH

Deputat və hüquqşünas həbsxanalardakı sıxlıqdan danışır ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Avropa Şurasının 2024-cü il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.  

Avropa Şurasına üzv ölkələrin  əhatə olunduğu sənəddə Azərbaycan da yer ayrılıb.

Hesabata görə, quruma üzv ölkələrdə  həbs nisbətlərinin ən yüksək olduğu dövlət kimi Türkiyə və  Azərbaycan siyahıda liderlik edir. 

Milli Məclisin üzvü Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin cəza icra siyasəti humanistləşdirilib:

“Bugün minlərlə şəxs “cəza qolbağı” vasitəsi ilə evində qalır. Bu, Pentensiar sistemin yükünü xeyli dərəcədə azaldıb. Amma cinayətlərin ağırlıq dərəcəsi və təkrarlanma ehtimalı da var. Belə şəxsləri istintaq dövründə azadlıqda saxlamaq ciddi məsələdir. Danılmazdır ki, cəzaçəkmə müəssisəsində sıxlıq gerçəklikdir, həqiqətdir. Son illərin statistikasında bir sıra cinayətlərin sayının artması da gerçəklikdir. Xüsusilə,  narkotik cinayətlərini vurğulamaq lazımdır”.

Naqif Həmzəyev bildirir ki, tikintisi yarımçıq qalmış penitensiar müəssisələrin də istifadəyə verilməsi zəruridir.

“Mən bu barədə parlamentdə çıxış etmişəm. Lənkəranda belə bir müəssisə istifadəyə verildi. Gəncədəki istifadəyə verilsə,  sıxlıq problemi həll olunar”.

Tanınmış vəkil Bəhruz Bayramov isə deyir ki, həbsxanalardakı sıxlığa əsas səbəblərdən biri də məhkəmələrin cinayət təqibi zamanı həbs növündə olan qətimkan tədbirinə meyilli olmasıdır.”Hələ  2017-ci ildə cəza siyasətini humanitələşdirilməsi istiqaməsində mühüm bir sərəncam imzalanıb. Ölkə başçısı tərəfindən imzalanan bu sərəncamda  qeyd olundu ki, azaqlıqdan məhrum etmə cəzəsinin tətbiqi məsələsində məhkəmələr diqqətli olsunlar və hər zaman bu cəzanı tətbiq etməsinlər.

Bu eyni zamanda cinayət təqibi prosesinə də aid idi.

Mən xatırlayıram ki, bir müddət məhkəmələrin buna əməl etdilər və həmin dövrdə istintaq təcridxanalarında say azalmışdı. Lakin sonrakı illər həbslər artan xətt üzrə davam etdi”.

Vəkil deyir ki, Milli Məclis yeni Amnistiya Aktı qəbul edərsə, problem həll olunar.

Bəhruz Bayramov bildirir ki, paralel şəkildə yeni Penitensiar Müəssisələrin də sayı artırılmalıdır:”Bugün Qarabağda və Bakı ətrafındakı əksər cəzaçəkmə müəssisələri ağır şəraitdədir. İllərdir ki, Gəncədə inşası yarımçıq qalmış yeni müəssisə var. Təsəvvür edin ki, on milyonlarla dövlət vəsaiti xərclənib, amma bir neçə ildir ki,  bu müəssisə yarımçıq qalıb”.

Afət Abbasova 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri