Həbsxananın məni susdurmasına icazə verməyəcəyəm Nərgiz Məhəmmədi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və güneyli siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi Nobel Komitəsinə videozənglə müsahibə verib.
Globalinfo.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
“Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, zindanın məni susdurmasına icazə verməyəcəyəm. Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığıma heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”, – deyə Nərgiz Məhəmmədi bildirib.
Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib və bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır. Güneyli siyasi məhbusun sözlərinə görə, İslam Respublikası onu susdura bilsə belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb.
Baxış sayı:125
Bu xəbər 13 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















