Icma.az
close
up
RU
“Heç bir ölkə elmsiz inkişaf edə bilməz” PROFESSOR ELDAR MƏMMƏDBƏYLİ

“Heç bir ölkə elmsiz inkişaf edə bilməz” PROFESSOR ELDAR MƏMMƏDBƏYLİ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bütün sahələrdə olduğu kimi, bizim sahələrdə də güclü islahatlar olmalıdır ki, alimlər işləyə bilsinlər”

“Dünyanı idarə edən sistemlər də bilirlər ki, alimsiz normal ölkə ola bilməz, mümkün deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 85 illik yubileyi münasibətilə elm adamlarının qarşısında çıxış edən Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxundu. Dövlət başçısının Azərbaycan dilinin qorunması, elm adamlarının rəsmi qurumlarla əlaqəli çalışması haqda tapşırıqları xüsusilə təqdir olunandır. Ona görə ki, hər iki sahədəsözün həqiqi mənasında ciddi problemlər mövcuddur.

Bu baxımdan, Prezidentin göstərişləri ən qısa zamanda yerinə yetirilməli və hər iki sahədə mövcud olan problemlər tezliklə aradan qaldırılmalıdır. Belə desək, AMEA artıq dövlət büdcəsindən qidalanan elm ocağı yox, büdcəmizə gəlir qazandıran, ölkənin inkişafına töhvə verən bir quruma çevirilməlidir. Hansı ki, əslində Prezident İlham Əliyevin öz nitqində vurğuladığı məsələlər məhz Azərbaycanın inkişaf stragediyasının mühüm istiqamətləri hesab oluna bilər. Müvafiq qurumlara, o cümlədən AMEA-ya sadəcə bu istiqamətləri düzgün müəyyənləşdirmək, uğurlu inkişaf planı tərtib etmək qalır.

Əslində, biz zaman-zaman bəzi elm adamlarının da bu istiqamətdə mediada ardıcıl çıxışlarının şahidi olmuşuq. Sadəcə, etiraf etməliyik ki, istər dövlər qurumları, istər də müvafiq institutların rəhbərlikləri bu təkliflərin həyata keçirilməsində o qədər də maraqlı görünməyiblər. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycanda dövlətin iqtisadi inkişafında elm və təhsilin rolu ya yoxdur, ya da minimal səviyyədədir.

Nəzərə alsaq ki, bütün inkişaf etmiş ölkələrdə iqtisadi inkişaf stradegiyası elm və təhsilin üzərində qurulub, dövlət büdcəsinin önəmli hissəsi məhz bu sahələrə, daha dəqiq desək yeni-yeni ixtiraların kəşfinə, müxtəlif inkişaf strategiyalarının həyata keçirilməsinə ayrılır, deməli, Azərbaycan da analoji metodlardan faydalanmalıdır. Bununla həm də dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma endirmək olar. Hansı ki, müasir dövrdə bu olduqca vacib məsələdir. Ən azı ona görə ki, artıq “neft erası” başa çatır və bütün dünya tədricən alternativ enerji mənbələrində faydalanmağa üstünlük verir.

Azərbaycanda xüsusilə əczaçılıq sahəsinin inkişafı ilə bağlı maraqlı və olduqca faydalı təkliflər irəli sürən alimlərdən biri də professor Eldar Məmmədbəylidir. AMEA-nın 85 illiyi ərəfəsində Prezident İlham Əliyevin sərancamı ilə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif olunan E.Məmmədbəyli ilə dövlət başçısının AMEA-dakı çıxışı ətrafında müzakirə apardıq.

- Eldar müəllim, ilk olaraq Sizi “Azərbaycan Respublikasının fəxri diplomo” ilə təltif olunmanız münasibətilə təbrik edirik.

- Diqqətiniz üçün təşəkkür edirəm. Bizim hər bir hərəkətimiz millətimizə uğur qazandırmaq üçündür.

- Prezidentin bu sərəncamı sizin üçün gözlənilən idi?

- Bilirəm ki, Akademiyada baş verən bütün prosesləri izləyirsiniz. Akademiyanın sonrakı taleyi camaatın, millətin özündə biraz çaşqınlıq əmələ gətirir. Açıq deyim, bəzi jurnalistlər var ki, çox alimlərlə “zarafat edirlər”, başa düşsələr də, düşməsələr də akedimayaya hücümlar edirlər. Dünyanı idarə edən sistemlər də bilirlər ki, alimsiz (söhbət yaxşı alimlərdən gedir) normal ölkə ola bilməz, mümkün deyil.

Azərbaycan Milli Elmlər Akademiyas nəhəng alimlərin - Üzəyir bəyin, Səməd Vurğunun, Məmmədəliyevin və s. alimlərin əziyyəti nəticəsində yaranmışdır. Bizdəki kimi olmasa da, dünyanın hər yerində belə sistem var. Məsələn, İngiltərədə Kral Cəmiyyəti var, onlar elmə yüksək dərəcədə fikir verənlərdir. Tutaq ki, Nyutonun özünü oxuyursan... Axırıncı dəfə dövlət başçısı ilə görüşə gedəndə fikirləşir ki, necə deyim, elmin inkişafına fikir versinlər?!

O ki qaldı sualınıza, açığı, bu dəfə özüm də gözləmirdim. Əvvəllər Ramiz Mehdiyevin şəxsən özünə də müraciətim olub. Mənə verilən cavab məktubunu indi də saxlayıram. Ümumi olaraq hesab edirəm ki, hər bir vətəndaş çalışdığı sahədə öz işini layiqincə görməlidir. O, daha sonra başqasından nəsə tələb edə bilər. Amma bu təqdimat çox fərqli oldu. Çünki təqdimatı hər dəfə müəyyən müəssisələr edirdi. Bu dəfə dövlət özü gözdən keçirib. Yəni təqdimatdan direktorların belə, xəbəri yox idi. Bu dəfəki seçim əvvəlkilərə nisbətən çox ədalətli oldu. Mən o siyahıda olduğum üçün demirəm, bunu bir çox alim təsdiq etdi. Hesab edirəm, dövlətimiz də bilir ki, elmsiz olmaz.

Onu da deyim ki, bu yaşımda verilən mükfata görə çox sevindim, Prezidentimizə dərin təşəkkür edirəm. Təvazökarlıqdan uzaq olsa da, bu yaşımda dünyanın tanıdığı aliməm. Nobel mükafatı alan alimlər mənim haqqımda öz sözlərini deyiblər. Adım Rusiyanın dərsliyinə də düşüb.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiyada da Akademiyanı dağıtdılar, sonradan yenidən bərpa etdilər. Söhbət Akademiyanın bərpasından yox, bu sahəyə fikir verməkdən gedir. Alimsiz normal dövlət ola bilməz. Bütün sahələrdə olduğu kimi, bizim sahələrdədə güclü islahatlar olmalıdır ki, alimlər işləyə bilsinlər.

Qardaş ölkə olan Türkiyədə də elmin inkişafına yüksək səviyyədə diqqət yetirilir…

- Dövlət başçısı AMEA-dakı çıxışında bir çox mühüm məqamlara toxundu. Məsələn, o, rəsmi qurumlara tapşırıq verdi ki, elm adamları ilə, alimlərlə sıx işləsinlər. Sizcə, indiyədək bu sahədə vəziyyət necə idi?

- Mən demək olar ki, Azərbaycanda istər müxalifət, istər də hökümət tərəfində olan adamların hamısını tanıyıram. Artıq 85 yaşım var. Mən indi hiss edirəm ki, Prezident hər bir işlə məşğul ola bilməz. Onun heç vaxtı da çatmaz. Dünyanın qlobal problemlərinin içində, bu çətin vəziyyətdə Azərbaycan Prezidenti öz komandası ilə çalışır. İstəyir ki, Azərbaycan daha da inkişaf etsin, normal bir qaydaya gəlsin.

Əvvəllər də bir çox islahatlar olurdu. Amma onu elə adamlara tapşırırdılar ki, həmin adamlar yerinə yetirməyi bacarmırdılar. Yaşlı nəslin yanaşması tam başqa formada olur. Cavanların savadlısını, ağıllısını vəzifəyə qoymaq lazımdır. Lakin kimisə məhz atası, anası, əmisi hardasa işlədiyi üçün vəzifəyə gətirmək olmaz. Hiss edirəm ki, artıq dövlətimiz bütün bu boşluqları aradan qaldırmağa çalışır. Bunun üçün isə bütün xalq birləşməlidir. Biz hamılıqla dövlətimizə dəstək olmalıyıq. Hər bir insan öz-özünü təkmilləşdirməlidir. Mən bu yaşa kimi dövlətin qoyduğu heç bir qanunu pozmamışam. Məni tanıyan insanlar necə yaşadığımı da yaxşı bilir. Əczaçılıq fakültəsini bitirsəm də, başqa sahədə fəaliyyətimi davam etdirmişəm. Əslində, başqaları kimi mən də çoxlu pul qazana bilərdim. Amma, demək olar ki, bütün ömrümü elmin inkişafına həsr etmişəm, 58 il stajım var.

İndi isə elə vəziyyət yaranıb ki, Akademiyaya hardansa düşüb gələn adamlar mən iclasa buraxmır, heç qapıdan içəri də qoymurlar. Belə olmaz, belə yaramaz. 60 ilini Akademiyaya həsr edən adama qarşı bunu etmək yanlışdır.

Sizin qəzet vasitəsilə bir daha şəxsən cənab Prezidentə təşəkkür edirəm. Bu məsələ ilə şəxsən özü məşğul oldu və bu dəfə çox şəffaf bir seçim oldu. Bir daha təkrar edirəm, alimsiz dövlət olmaz. Diqqətin edin, Yaponiyanın təbii sərvəti yoxdur, amma ölkə elmin gücünə inkişaf edir. Daim elmli insanlar yetişdirməklə məşğuldurlar. Yaponiyada adi əkin-biçin işini də o qədər gözəl mənimsəyiblər ki, məhsullar bizdən qat-qat üstün, keyfiyyətli olur.

Heç bir ölkə elmsiz ölkə inkişaf edə bilməz. İndi çox sevindirici haldır ki, dövlətimiz bütün sahələrdə müştərək  islahatlar həyata keçirir. Amma burada insanların üzərinə də böyük yük düşür. Hər kəs özünü inkişaf etdirməlidir.

- Zaman-zaman mətbuatda bir alim kimi Sizin də müxtəlif təkliflərinizin şahidi olmuşuq. Məsələn, sonuncu müsahibənizin birində Azərbaycanın dərman idxalından azad olması üçün əczaçılıq sahəsində görüləcək işlərdən danışmışdınız. Necə düşünürsüz, Prezidentin məlum tapşırığı bu problemlərin həllinə gətirib çıxaracaqmı?

(Ardı var)

Söhbətləşdi: Jalə FAMİLQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri