Icma.az
close
up
RU
Heç bir tərəf tam qalib olmadı ŞƏRH EDİLDİ

Heç bir tərəf tam qalib olmadı ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"ABŞ-İsrail-İran arasında davam edən gərgin müharibə ilə bağlı proqnozum onun 15-20 gün, maksimum isə bir ay ərzində başa çatacağı idi. Həqiqətən də proses bir qədər uzansa da, aylarla davam etmədi. Uzansa belə, bunun obyektiv səbəbləri var idi".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu müharibənin daha uzun çəkməsi çox ağır nəticələr doğura bilərdi: "Bunun əsas səbəblərindən biri qlobal bahalaşma və inflyasiyanın artması, nəticədə isə qida qıtlığının yaranması riskidir.

Yaxın Şərqdə vəziyyət Şərqi Avropadan fərqli olaraq daha həssasdır. Burada tərəflərdən bəziləri nüvə potensialına malikdir. ABŞ və Rusiyanın nüvə silahına sahib olduğu məlumdur, İsrailin də bu imkanlara malik olduğu ehtimal edilir. İranın isə nüvə potensialı ilə bağlı qeyri-müəyyənlik qalır, lakin onun texnoloji imkanlarının artdığı müşahidə olunur. Bu faktor müharibənin miqyasını və təhlükəsini daha da artırırdı.

ABŞ-ın İranda “Venesuela ssenarisi”ni tətbiq etmək istədiyi ehtimalları da mövcud idi. Yəni daxili siyasi dəyişikliklərə təsir göstərmək planı nəzərdə tutulurdu. Lakin bu yanaşma gözlənilən nəticəni vermədi və hesablamalar özünü doğrultmadı.

Həm ABŞ daxilində, həm də İsraildə bu müharibə ilə bağlı narahatlıqlar artmağa başlamışdı. ABŞ-ın siyasi və hərbi elitasında fikir ayrılıqları yaranırdı, bəzi istefalar da bunu göstərirdi. Əgər müharibə daha da uzansaydı, prezident Donald Trump Konqresdən əlavə icazə almaq məcburiyyətində qala bilərdi ki, bu da daxili siyasi gərginliyi artırardı. Hətta impiçment məsələsinin gündəmə gəlməsi ehtimalı da müzakirə olunurdu və bu, onun reytinqinə ciddi təsir göstərə bilərdi.

Digər vacib məqam enerji məsələsidir. Neftin bahalaşması ABŞ üçün sərfəli deyil, çünki bu vəziyyət rəqiblərin, xüsusilə də Rusiyanın gəlirlərini artırır. Bundan əlavə, İranın Hörmüz boğazı ilə bağlı mümkün addımları qlobal enerji bazarına ciddi təsir göstərə bilərdi. Bu isə ABŞ və Avropa üçün əlavə təzyiq yaradırdı.

Bütün bu amilləri nəzərə alsaq, müharibənin uzanması heç bir tərəfin marağında deyildi. Nəticədə atəşkəs əldə olundu və gözlənildiyi kimi genişmiqyaslı quru əməliyyatı başlamadı. ABŞ müəyyən hərbi qüvvə yerləşdirsə də, bu daha çox güc nümayişi və təzyiq vasitəsi idi.

Əgər quru əməliyyatı başlasaydı, bu, uzunmüddətli və ağır itkilərlə müşayiət olunan müharibəyə çevrilə bilərdi. Ümumiyyətlə, hərbi doktrinaya görə hücum edən tərəf daha çox itki verir. Üstəlik, əməliyyatların İran ərazisində aparılması müdafiə olunan tərəfin üstünlüyünü artırırdı. Bu da müharibənin uzanması və daha ağır nəticələr doğurması riskini yüksəldirdi.

Əvvəlki mərhələyə baxdıqda bəzi yanaşmalarda ABŞ-ın qalib, İranın isə zəif tərəf kimi təqdim edildiyini görmək olur. Lakin mənim fikrimcə, reallıq fərqlidir. Bu prosesdə hər iki tərəf müəyyən mənada məğlub oldu və heç birinin ilkin hesablamaları tam doğrulmadı.

Bir tərəfdən İran ciddi itkilər verdi, hərbi-siyasi elitanın bir sıra nümayəndələri dəqiq zərbələrlə zərərsizləşdirildi. Bu, ölkə üçün ciddi zərbə idi. Digər tərəfdən isə gözlənildiyi kimi İran daxilində parçalanma baş vermədi. Əksinə, cəmiyyət müəyyən mənada birləşdi və daxili konsolidasiya gücləndi. Bu da onu göstərdi ki, xarici təzyiq hər zaman daxili dağılmaya gətirib çıxarmır.

Eyni zamanda İran bu vəziyyətdən müəyyən qədər siyasi baxımdan istifadə edə bildi və ABŞ-a qarşı mövqeyini daha sərt formada təqdim etdi. Bu baxımdan, proses nə tam qələbə, nə də tam məğlubiyyət kimi qiymətləndirilə bilər. Daha çox qarşılıqlı itkilərlə müşayiət olunan bir mərhələ oldu.

Hazırda əsas ümid odur ki, əldə olunan atəşkəs pozulmasın və uzunmüddətli sülh üçün zəmin yaransın. Bunun üçün tərəflərin, xüsusilə də ABŞ və İranın bir-birinə qarşı emosional və gərgin davranışlardan çəkinməsi, daha konstruktiv və praqmatik mövqe sərgiləməsi vacibdir.

Müşahidələrə görə, burada ən həssas məqam mümkün provokasiyalardır. Müxtəlif regional və qlobal aktorların maraqları bu prosesə təsir göstərə bilər. Xüsusilə İsrail amili bu baxımdan daha çox qeyd olunur. Eyni zamanda Rusiya və Çin kimi böyük güclərin də geosiyasi maraqları fonunda prosesə dolayı təsir imkanları istisna edilmir.

Bu səbəbdən həm ABŞ, həm də İran maksimum dərəcədə soyuqqanlı davranmalı, mümkün təxribatlara uymamalı və vəziyyəti nəzarətdə saxlamağa çalışmalıdır. Yalnız bu halda mövcud atəşkəsin davamlı sülhə çevrilməsi mümkün ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see267

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see217

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see209

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see206

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see205

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see205

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see205

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see203

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see200

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see196

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see196

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see195

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see194

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see193

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see185

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see182

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see181

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see179

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see178

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri