Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Heç inanmadım…

Heç inanmadım…

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qızım Nərminlə ilk dəfə onun Axundov bağının yaxınlığındakı köhnə evində qonaq olmuşduq. Gəncliyindən, ağır uşaqlıq illərindən, tələbəlik xatirələrindən, vərəqlərin, kitabların, çay, su stəkanının səliqəsiz şəkildə qarışdığı yazı masasının üstündəki portretdən ona boylanan rəhmətlik Sara xanımla bağlı xatirələrindən xeyli söhbət etdi. Söhbət o qədər maraqlı keçmişdi ki, havanın qaraldığını hiss etməmişdik. Həmin görüşdən sonra Nərminin  “525-ci qəzet”-də  “Nərmin Hüseynzadədən Nəriman Həsənzadəyə məktub” adlı səmimi görüş qədər də səmimi məqaləsi dərc olundu. Məqaləni oxuyandan sonra mənə zəng vurub: “Nərmin balama deyərsən ki, Nəriman babası ona təşəkkür edir, gözəl yazıb, ürəyinə qurban, kövrəltdi məni.” -dedi… Sonralar həmin məqaləni əsərlərinin çoxcildliyinə daxil etdiyini mənə demişdi…

İki dəfə tədbirimizin qonağı olmuşdu. 80 illik yubileyini də  Kürdəmir rayon mədəniyyət evində geniş həcmdə qeyd eləmişdik. Tədbir 3 saat davam etdi. Yubiley tədbirinin sonunda sözü Nəriman müəllimə verdim. 34 dəqiqə ayaq üstə öz şeirlərindən söylədi, həzin, mülayim səslə. Zalda o qədər sakitlik idi ki…  Səhər 11-də başlayan tədbir 13-də bitməliydi, ancaq saat 14-00 idi. Qonaqlar üçün süfrə hazırlatdırmışdıq. Ona görə narahat idim, yaşlı adam, ac-susuz, yorğun… Mikrofonu əlimə götürüb, səhnənin mərkəzinə - Nəriman müəllimə yaxınlaşdım, boynumu əyib məlul-müşkül üzünə baxdım.

- Bitirmək lazımdı?

- Bəli, - dedim, yorduq sizi.

- Belə məclisdən yorulmaq olar? Hələ mən indi qızışmışam… zaldan alqış qopdu. -Görürsən, ay Yaqut xanım, oxucularım yorulmayıb, şeir istəyirlər…

Hərdən zəng edər, hal-əhval tutardım. Xüsusilə hər il fevralın 18-də, doğum günündə mütləq zəng vurar, təbrik edərdim. O qədər mehriban, o qədər səmimi təşəkkür edirdi ki, utanırdım…  Sonuncu dəfə keçən ilin yazında zəng vurdum, səsini eşidər-eşitməz həmişəki kimi sevincək salamladım, tanımadı…çox məyus olmuşdum. Uca qaməti, ağ saçları, nurani çöhrəsi ilə başı qarlı, əzəmətli dağa bənzətdiyim Nəriman Həsənzadənin həyat eşqi , zehni o qədər güclü idi ki, onun nə zamansa qocalacağına, yaddaşını, gücünü itirəcəyinə inanmazdım. Öləcəyinə, onu sevənləri tərk edəcəyinə isə, heç inanmadım!

Yaqut Bahadurqızı
Yazıçı-publisist, Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2026 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri