Icma.az
close
up
RU
Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi tarixi və dini abidələrlə zəngindir. Hələ qədim dövrlərdən Qarabağ ərazisində xristianlıq və müsəlmanlığın mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Bu, eyni zamanda özünü Qarabağda aparılan tikinti işlərində də biruzə vermişdir.
Modern.az-ın məlumatına görə, indiki Azərbaycan Respublikasının ərazisində qədim Qafqaz Albaniyası dövləti mövcud olub. Eramızdan əvvəl IV–III əsrlərdə yaranmış Qafqaz Albaniyası eramızın VIII əsrinədək yaşayıb. Qafqaz Albaniyasında İslamdan əvvəl xristianlıq yayılıb. Qafqaz Albaniyasının bir vilayəti kimi Qarabağ bölgəsi də o vaxtlar xristianlığın yayıldığı ərazilərdən biri olub.
Həmin dövrlərdə Qarabağda bir sıra xristianlıq abidələri inşa olunub. Belə abidələrdən biri də Qarabağın Vəngli kəndinə yerləşən əzəmətli Gəncəsər məbədidir. Xaçınçayın sol sahilində yerləşən bu məbəd XIII əsr alban monastırıdır. Gəncəsər məbədi XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi olub.
Bu monastrın divarındakı daş kitabənin epiqrafik yazısına görə, abidə alban knyazı Həsən Cəlal və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
Gəncəsər məbədi digər alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Bu kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. 
Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub.
Qeyd edək ki, Gəncəsər məbədinin yerləşdiyi Vəngli Qarabağın unikal yaşayış məntəqələrindən biridir.
Vəngli kəndi həm də tarixən Qafqaz Albaniyasındakı Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Xanabert qalası da məhz Vənglidə yerləşir.
Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Buradakı kilsə xaçvari-günbəzli kvadrat formalıdır və səliqəli kəsmə daşlardan tikilib.
VIII əsrdə Qafaz Albaniyasında (Azərbaycanda), o cümlədən Qarabağda İslam dininin qəbul edilməsi yeni bir mərhələnin başlanğıcını qoydu. Bölgədə çoxlu sayda məscidlər inşa edilsə də, xristian məbədləri də saxlanıldı.
1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan hökuməti tərəfindən “Dünya əhəmiyyətli mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
Təəssüf ki, Vəngli kəndi 1993-cü ildən 2023-cü ilə kimi Ermənistan silahlı qüvvələrinin və Qarabağdakı erməni separatçılarının işğal altında olub. Həmin dövrdə abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qanunsuz olaraq dəyişikliklərə məruz qalıb. Divar yazıları korlanıb, abidənin bir neçə daş yazıları, eləcə də Qafqaz Albaniyası dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun forması dəyişdirilərək tanınmaz hala salınıb. Gəncəsər məbədinin daxili divarları erməni dilində yazılarla “bəzədilib”. Eyni zamanda, kompleksin daxilindəki knyaz Həsən Cəlalın qəbri üzərindəki sinə daşı sındırılıb. İşğalçıların məqsədi tarixi saxtalaşdırmaq, bu qədim abidəni özününküləşdirmək və onu dünyaya “erməni kilsəsi” kimi təqdim etmək idi. Onlar dəfələrlə belə təqdimatlara cəhdlər də ediblər.
Halbuki, XIX əsrə qədər Qarabağda erməni etnik kütləsi yaşamayıb. Onlar bölgəyə XIX əsrdə Rusiya imperiyasının himayəsilə İrandan köçürülüblər.
Qeyd edək ki, Gəncəsər monastırı 30 illik erməni işğalı dövründə qanunsuz yollarla Qarabağa gələn xarici turistlərin ən çox ziyarət etdiyi abidə olub.
Hətta 2010-cu ildə məşhur italyan estrada müğənnisi Albano Karrizi də Azərbaycanın icazəsi olmadan Vəngli kəndinə səfər etmiş və Gəncəsər monastır kompleksini gəzmişdi.
Nəhayət uzun illər Ermənistanın işğalı altında qalan Vəngli kəndi 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində azad olundu. Beləliklə də tarixi Gəncəsər məbədi də azadlığa qovuşdu.
2023-cü il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məşhur Gəncəsər  monastırının ucaldığı tarixi Vəngli kəndini ziyarət etdi və bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu bütün dünyaya göstərdi.
Vəngli kəndi yüksək dağlıq ərazidə yerləşir. Havası yayda sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.  Tarixi və dini abidələrlə məşhurlaşan bu kəndin yaxın gələcəkdə xarici turistlərin diqqətini cəlb edəcəyi istisna olunmur.
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2026 04:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri