Icma.az
close
up
RU
Heç kim narazı qalmadı, Samir Abasov yenə Sambunu yada saldı

Heç kim narazı qalmadı, Samir Abasov yenə Sambunu yada saldı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbolçulara cəmi 14 sarı sarı vərəqə göstərildi,

“Sumqayıt” – “Qarabağ” oyununda komandalardan heç biri, “Kəpəz” – “Neftçi” oyununda gəncəlilər cəzalanmadı, idarəçiliklə bağlı ciddi narazılıq eşitmədik. Hə, Samir Abasovun yüngülvari giley-güzarından başqa. “Neftçi”nin çalışdırıcısı “bəli, ötən matçdan sonra “VAR-ı rədd etmək lazımdı” dedim və əvvəlki fikirlərimdə də qalıram” deməklə növbəti dəfə meydan oxudu. Amma kaş ki “Neftçi” də rəqiblərinə belə meydan oxuyaydı...
Sumqayıt – Qarabağ, RAUF CABBAROV
“Sumqayıt”a qalib gəlmək “Qarabağ” üçün nə qədər asan oldusa, ədaləti təmsil etmək də bir o qədər asan idi. Ona görə ki, futbolçular kiçik follar istisna olmaqla hansısa qayda pozuntusuna yol vermədi. Yetərincə səliqəli çıxış edən komandalar intizamlı oyun baxımından özünü yaxşı tərəfdən göstərdi. Birinci hissədə, ümumiyyətlə, hansısa fasiləyə ehtiyac olmadı. Maraqlıdı ki, elə matçın taleyi də ilk 45 dəqiqədə həll edildi. İkinci yarıda bəzi kiçik kobudluqlar olsa da, Rauf Cabbarov şifahi xəbərdarlıqla kifayətləndi.
Turan Tovuz – Zirə, ELÇİN MƏSİYEV
Əvvəldən sona qədər qonaqların üstünlüyü şəraitində keçən matçın nəticəsi də məntiqəuyğun oldu. İnsafən, Elçin Məsiyev görüşün baxımlılığına xələl gətirməmək üçün əlindən gələni etdi. Məcbur olmadıqca fasilənin yaranmasına imkan verməyən referi həm “bozqurd”a, həm də “qartallar”a dəfələrlə güzəşt etdi. Düzdü, onun “Zirə”nin futbolçularının səhvinə göz yumması tovuzlu azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Hətta baş hakimə butulka atan da oldu. Hakimin Araş Qaderinin səhvi üzündən təyin etdiyi penalti tam haqlı idi.
Kəpəz – Neftçi, CAVİD CƏLİLOV
Tarixi derbidə həm nəticə ədalətli oldu, həm də hakimin qərarları. Düzü, Gəncə təmsilçisi Cəlilovu yormadı. Oyunboyu üstün çıxışı və istəkli performansıyla diqqəti çəkən “sarı-göylər” intizamlı oyun sərgilədi. Əvvəldən uğursuzluğa düçar olacağının mesajını verən “ağ-qaralar” isə daha başıpozuq oyunla yadda qaldı. Təsadüfi deyil ki, ədalət təmsilçisi yalnız qonaq futbolçular üçün əlini cibinə atmalı oldu. Ümumiyyətlə, hakimin idarəçiliyindən narazı qalmadıq. Nə biz, nə də komandalar.
Səbail – Şamaxı, ƏLİYAR AĞAYEV
Bayıl qarşılaşması baxımlı və zövqlü keçdi. Bu başqa məsələ ki, “dənizçilər” “şirlər”ə, demək olar, müqavimətsiz təslim oldu. Komandaların qaydalar çərçivəsində davranması Ağayevin də isini asanlaşdırırdı. FİFA referisi maraqlı duelin idarəçiliyinə görə yaxşı qiymət alacaq.
Sabah – Araz-Naxçıvan, RƏVAN HƏMZƏZADƏ
Turun ən kobud oyunu Masazırda keçirildi. 14 sarı vərəqədən altısı məhz bu oyunda futbolçulara göstərildi. Şəkili referi vərəqələrin nisbəti baxımından balansı qorudu. Oyundan sonra baş məşqçilər bununla bağlı narazılıq etmədisə, deməli, cəzalar yerində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Mart 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri