Icma.az
close
up
RU
“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” Uzman həkimlərdən xəbərdarlıq

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” Uzman həkimlərdən xəbərdarlıq

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər. 

Məlum olduğu kimi, 2025-ci ilin aprel ayında Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olundu və bir çox saxta diplom ləğv olundu. Buna baxmayaraq, qanunsuz fəaliyyət halları yenə də aşkarlanır. 

Bu problemlərlə bağlı Səhiyyə Nazirliyinin estetik, plastik və rekonstruktiv cərrahiyyə üzrə ekspertlerinə üz tutaraq bəzi suallara aydınlıq gətirdik.

Uzman həkimlər -  Adil Cümşüdov, Dilqəm Məmmədov, Vüqar Ələkbərov, Taleh Qasımov açıqlamalarında “Hansı həkimlər estetik əməliyyat edə bilər? sualını belə cavablandırıblar: “İxtisas üzrə sertifikasiya imtahanına daxil olub Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Plastik cərrahiyyə şəhadətnaməsi almayan heç bir həkimin estetik əməliyyat etmək hüququ yoxdur. Bu, Səhiyyə Nazirliyinin də qanunları ilə təsdiqlənib. Heç kim ağızdan-ağıza gəzən sözlərə aldanmasın. Heç bir ümumi cərrahın estetik əməliyyat etməyə hüquqi əsası yoxdur. Eyni zamanda burun xaricində üzün müxtəlif nahiyələrində estetik əməliyyat aparan LOR həkimləri də bu əməliyyatları qanunsuz icra edir. Əgər fəsadlaşmış xəstələr şikayət edərsə, bu həkimlər və çalışdığı müəssisələr ciddi cərimələrə və hüquqi müstəvidə cəzalara məruz qalacaqlar”. 

Bəs plastik cərrahiyyə şəhadətnaməsi olmayan şəxslər haqqında hansı tədbirlər görülür? 

Həkimlərin sözlərinə görə, əgər bir xəstədə estetik əməliyyatdan sonra fəsadlaşma baş veribsə, onun şikayət etmək hüququ var: “Şikayət zamanı həkimin plastik cərrahiyyə üzrə sertifikasiya şəhadətnaməsi olmadığı aşkarlanarsa, birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Ekspertlər tərəfindən verilən rəydə səlahiyyəti olmadan xəstə üzərində aparılan əməliyyat qəsdən insan yaralamaq olaraq dəyərləndiriləcək”. 

Səhiyyə Nazirliyi bu ilin aprel ayında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını açıqlayıb. Orada, həmçinin *” ilə işarəli maddədə cərrahlar tərəfindən icra olunan əməliyyatların da siyahısı yerləşdirilib. Həkimlər qeyd olunan məsələlərə də aydınlıq gətiriblər: “Əslində bu Səhiyyə Nazirliyi tərəfindən ədalətli və incə düşünülmüş bir qərardır. Qanun maddəsinin açıqlamalı izahı - bəzi xarici dövlət universitetlərində rezidentura təhsilini bitirdikdən sonra 2 və ya 3 illik rəsmi universitet proqramı ilə təhsil alaraq bəzi ümumi cərrahlar qarın vəya süd vəzidə aparılan estetik əməliyyatı öyrənirlər. Bu təcrübə də o həkimlərə süd vəzi xərçəngi əməliyyayları zamanı və ya qarın bölgəsi yaralanmalarında əl tutur. Bu ümumi cərrahlar həmin rəsmi sənədi Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiqlədib təqdim etməlidirlər. Əks halda, heç bir ümumi cərrah estetik əməliyyat edə bilməz. Bu qanun maddəsində eyni zamanda LOR həkimlərinə də yer verilib. Amerikada 1-2 universitetdə rezidentura təhsili sonrası 2-3 illik yüksək ixtisas keçərək üzdə bəzi estetik əməliyyatlar etmək hüququ qazana bilərlər. Bu da baş-boyun bölgəsinin xərçəngi zamanı cərrahiyyə əməliyyatlarında onlara yardımçı olur. Yenə həmin rəsmi sertifikat TKTA tərəfindən təsdiq olunmalıdır. Əks halda, etdiyi estetik əməliyyata görə cinayət məsuliyyəti daşıyacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri