Heç kimin ad gününə getmirəm
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Kəşfət” layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranması onu belə münasibətlərdən uzaqlaşdırıb.
E.Qasımov qeyd edib ki, buna görə də ad günlərinə qatılmır, dəvət aldığı zaman hədiyyə göndərməklə kifayətlənir:
“Riyakarlığı görmüşəm. Yanımda başqa müğənninin arxasınca danışıb, amma tədbirdə onu görəndə "ən sevdiyim insan" deyirdi. Belə şeyləri görəndə dedim ki, istəmirəm. Ad günlərinə getmirəm. Dəvət edəndə hədiyyə göndərirəm, amma özüm getmirəm.
Üzümü çevirəndə görəsən, arxamca nə danışacaqlar? İllərlə deyirlər ki, ad günü et, dostlarını çağır. Yox. Gərək bilim ki, kim mənə 1000, kim 50 manat verib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Oktyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















