Icma.az
close
up
RU
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”

“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXXII turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçuları oyuna kökləmək çətin idi. Çünki son oyunda uduzmuşduq və liqanı tərk edəcəyimiz dəqiqləşmişdi. Bilirdik ki, çətin matç olacaq.İstəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bunun üçün imkanlarımız var idi. Amma xırda səhvlərdən rəqib qollar vurdu. Premyer Liqa oyunlarının taleyini kiçik detallar həll edir. Belə səviyyədə hər nüansa diqqət etmək lazımdır. Çox məyusam, amma nə etmək olar? Həyat davam edir. Futbolçulara əziyyətlərinə görə təşəkkür edirəm.

– Oyunun birinci hissəsi sönük keçdi. Lakin fasilədən sonra aktivləşdiniz. Futbolçulara nə dediniz ki, belə oynadılar?
– Birinci yarıda hücumda kəsərsiz oynayırdıq, rəqib müdafiəsi rahat topları alırdı. Fasilədən sonra əvəzetmə etdik və daha yaxşı olmağa başladıq. Amma təəssüflər olsun ki, qol vurduqdan sonra ardıcıl qollar da buraxdıq. Yenə deyirəm, futbolçuları motivasiya etmək çox çətin oldu.

– Klubdakı taleyiniz necə olacaq?
– Onu deyə bilərəm ki, çempionat davam edir və hələ rəhbərliklə konkret danışığımız olmayıb. Liqanın sonunda görüşəcəyik. Hazırda müqaviləm var və işimdəyəm. Vicdanla işimi sona çatdıracağam. Bundan sonra rəhbərliklə görüşümüz olacaq. Daha iddialı olacağıqsa, bu işə varam.

– İddia olmazsa bəs?
– İstəyirəm ki, yenidən Premyer Liqaya qayıdaq. Olmayacaqsa, digər təklifləri dəyərləndirəcəyəm.

– Təklif var?
– İndi danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Əvvəlcə klubla danışacağıq və alınsa, qalacağam.

– Komanda haqda hansı planlarınız var?
– İstəyirəm ki, möhkəm komanda quraq. Bunun üçün imkanlarımız var. Hər şey arzu etdiyimiz kimi olsa, yenidən elitaya qayıda bilərik.

– Demək olar, komanda üçün mövsüm bitib. Digər işlərə başlamağa gecikmirsiniz?
– Qarşıda bir oyun var. Hər futbolçunun müqaviləsi mövsümün sonuna qədər keçərlidir. İşimizi layiqincə görməliyik. Bu gün də futbolçular vicdanla vuruşdular. Son matçda da belə oynamalıyıq. Qalan məsələlər rəhbərlikdən asılı olacaq.

– Komandada I Liqada qalıb, oynamaq istəyən futbolçular var?
– Açığı, öz yanımdan nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxşı təkliflər olsa, onlar da istəyərlər.

– Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundur?
– Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarla münasibətim hər zaman yaxşı olub. Bəzən hansısa oyunçu ilə soyuqluq yarana bilər, o da onun qazandığı şansla bağlıdır. Futbolçularla danışıqlar zamanı istəyirik ki, münasibəti daha yaxşı edək. Ambisiyalı adamam, istəyirəm ki, yaxşı olaq. Karyeramda heç vaxt bu qədər uduzmamışdım, içim yanır. Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyəti qəbul edə bilmərəm. Futbolçuları motivasiya edirəm ki, oynayaq, qalib gələk, döyüşək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 May 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri