Icma.az
close
up
RU
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün rejissor Qeri Rossun doğum günüdür.

Kulis.az rejissorun əsas filmi olan "Pleasantville" haqqında məqaləni təqdim edir.

XX əsrin qürub çağında çəkilmiş bu komediya bizə ümid aşılayır. Göstərir ki, ətrafımızdakı dünya tənəzzülün deyil, tərəqqinin nəticəsidir. “Pleasantville” dövrünün ən yaxşı, ən orijinal filmlərindən biridir və tamaşaçını yavaş-yavaş öz sehrinə salır. Film əvvəlcə “Ata hər şeyi daha yaxşı bilir” (“Father Knows Best”) kimi köhnə ağ-qara sitkomları istehza ilə yad edir, sonra elə bil ki, özü də bir sitkoma dönür, sonda isə gözlənilmədən dərin mənalı bir sosial alleqoriyaya çevrilir.

Filmin başlanğıcında hadisələr 90-cı illərinda Amerikanasında cərəyan edir. O Amerikada ki, biz onu daim kobud, əxlaqsız və təhlükəli görməyə öyrəşmişik. Devid adlı yeniyetmə ekran qarşısında əyləşib, 1950-ci illərin “Pleasantville” adlı sitkomunun təkrarını izləyir. Orada hamı saf, mehriban və xoşbəxtdir. Bu vaxt anası keçmiş əri ilə dalaşır, bacısı Cennifer isə romantik görüşə hazırlaşır.

Hadisənin mahiyyətindən az-çox xəbərdar olan tamaşaçı anlayır ki, bu bacı-qardaş sehrli şəkildə o 1950-ci illərin televiziya aləminə düşəcək. Bu, sanki “Brady Bunch” filminin əks versiyası kimi görünür. Elə də olur: Devid və Cennifer pult üstündə dalaşarkən qapı döyülür və mehriban bir televiziya ustası (Don Notts) onlara “daha güclü” bir cihaz təklif edir. Onlar düyməni basır və bir anda özlərini “Pleasantville”in içində tapırlar .

Filmin ssenari müəllifi və rejissoru Qari Rossdur. O, 1988-ci ildə çəkilmiş “Big” filminin də müəllifidir; həmin filmdə Tom Henks uşağın bədənində böyüyə çevrilmiş bir gənci canlandırırdı. Burada isə qəhrəmanlar bütöv bir dünyanın içində tələyə düşüblər. Ross 1950-ci illərin ağ-qara sitkom dünyasını ustalıqla göstərir.

Xoşbəxtlikdən bu, Devidin çox yaxşı tanıdığı bir dünyadır. O, televiziya tamaşaçısı kimi bu qaydaları əzbər bilir. Bacısı Cennifer üçünsə hər şey qəribə və anlaşılmazdır. Devid ona izah edir ki, artıq onların adları Bud və Meri Şu, valideynləri isə Betti və Corc Parkerdir. Cennifer əsəbi şəkildə deyir: “Biz, deyəsən, Nerdvildə ilişmişik!”

Məktəbdə coğrafiya dərsləri yalnız “Main Street” və “Elm Street” kimi mövzularla məhdudlaşır, çünki şəhərin dünyası orada bitir. Məkanın özü dairəvi qurulub. "Pleasantville"də “baş küçənin sonu elə başlanğıcıdır”. Həyat hər zaman eyni ssenari ilə davam edir. Basketbol məşqində atışlar heş vaxt hədəfdən yayınmır.

Filmin ortalarında Bud və Meri Şu qəlyanaltı dükanında işləyən Cənab Conson ilə tanış olurlar, “Lover’s Lane” adlı sevgi dayanacağında vaxt keçirirlər. Amma birdən bu sükut dolu, süni nizamın içərisinə gələcəkdən qığılcımlar düşməyə başlayır. Meri Şu anasına masturbasiya haqqında danışır – əlbəttə, bu fikir mükəmməl evdar qadın olan Betti üçün ağlasığmazdır, çünki o, heç vaxt özü üçün nəsə etməyib. Anası vannada dincələrkən evin qarşısındakı ağac birdən alışır. Həmin səhnə artıq rənglidir!

Ross və operator Con Lindlİ xüsusi effektlərlə ağ-qara aləmdə tədricən rəngin peyda olmasını ustalıqla göstərirlər.

"Niyə mən rəngli deyiləm?” – deyə Meri Şu soruşur. Bud cavab verir: “Bilmirəm. Bəlkə də, bu, təkcə sevgi bağlı deyil.”

Doğrudan da, deyil. Bu, dəyişikliyin başlanğıcıdır.

İlk rəngə bürünənlər məktəbdəki uşaqlar olur. Çünki onlar maraqlıdırlar, dəyişməyə hazırdırlar. Bud onlara şəhərdən kənarda nələrin olduğunu danışır. “Pleasantville"in o tayında nə var?” – deyə soruşurlar. O cavab verir: “Elə yerlər var ki... Yollar dairəvi deyil, upuzundur.” Arxa planda isə Deyv Brubekin “Take Five” melodiyası səslənir.

Bud Cənab Consona rəngli sənət əsərlərinin kitabını göstərir. O, Törner və Van Qoqun əsərlərinə baxıb heyran qalır. O, rəsm çəkməyə başlayır. Tezliklə o və Betti Parker bir-birinin ruh əkizi olduqlarını anlayırlar. Corc Parker evdə tənha oturub hər şeyin qaydasına düşməsini gözləyir. Ticarət Palatasının sədri isə narahatlıqla deyir: “Şəhərimizdə nəsə baş verir.”

Bəli, nəsə doğrudan da baş verir. O şəhərdə ki, heç vaxt heç nə baş verməzdi. Film göstərir ki, bəzi “xoşbəxt” insanlar sadəcə ona görə mehribandırlar ki, həyatlarında heç vaxt sınaqla üzləşməyiblər. Yeni bir şey öyrənmək qorxuludur. “Pleasantville”də rəngə bürünən insanlar artıq azadlığa qovuşublar.

Filmdə bir səhnə var, ilk dəfə yağış yağır. Əlbəttə, 50-ci illərin sitkomlarında heç vaxt yağış yağmazdı. "Pleasantville"nin rənglənmiş insanları küçəyə çıxıb bu yağışın altında sadəcə dayanırlar.

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri