Icma.az
close
up
RU
“Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması xeyli çətinləşib” Qüdrət Həsənquliyev

“Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması xeyli çətinləşib” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, mayın 25-də Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Hər il Azərbaycana ayrılan kvota azaldılır, sənəd qəbulu vaxtı uzadılır, gedənlərin sayı azalır. Sizcə niyə?

- Allah bütün zəvvərlarımızn dualarını qəbul etsin, xalqmıza kömək olsun! Zəvvarların sayının azalması daha çox dindarlarımızın sosial vəziyyəti ilə bağlıdır. İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib.
Həm də dini maarifçilik artdıqca dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verir, həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyirlər, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar.
Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islamda islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir. Buna görə Şeyx Həzrətlərinə, idarənin əməkdaşlarına, maarifçi din xadimlərimizə, dini işlərlə məşğul olan dövlət qulluqçularına təşəkkür etməliyik. Zəvvərlarımız Həcc ziyarətinə sağ-salamat gedib-gəlirlər. Onlar arasında yaşlı insanların çoxluq təşkil etməsinə, ziyarət yerlərinin 40-50 dərəcə istidə günəş şüalarından qorunmamasına baxmayaraq, şükürlər olsun ki, ziyarət zamanı zəvvarlarımız arasında dünyasını dəyişənlərin sayı çox məhduddur.

- Azərbaycanda dini turizmin inkişafı üçün nələr etmək olar?

- İlk öncə sərhədlər açılmalıdır. Bundan başqa, Naxçıvanda müqəddəs kitabımız Quranda adı keçən Əshabi-Kəhf adlanan pir var. Bu günlərdə Leyla və Arzu Əliyevalar həmin piri ziyarət etdilər, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”.
Hesab edirəm ki, biz, Əhsabi-kəhfdə Məkkədəki Kəbənin-İslamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.
Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əhsabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz, Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik. Çoxsaylı zəvvarları qəbul etmək üçün Naxçıvanda yeni hotellər, sanatoriyalar və istirahət mərkəzləri tikilə bilər. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası mövcuddur. Təəssüf ki, nə Əhsabi-kəhf, nə də bu yerlər dünyada yaxşı reklam olunub, tanıdılmayıb. Qafqaz Müsəlmanları İdarəsi Naxçıvana yerli və xarici zəvvarların səfərini təşkil edə bilər. Bu, blokada vəziyyətində olan Naxçıvanın inkişafına da ciddi töhfə vermiş olardı.
Azərbaycanın digər bölgələrində də ziyarət yerləri var, sadəcə onlar abadlaşdırılmalı və yaxşı tanıdılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri