Icma.az
close
up
RU
Həsənquliyev: Həcc ziyarəti üçün vəsait toplamaq çətinləşib

Həsənquliyev: Həcc ziyarəti üçün vəsait toplamaq çətinləşib

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Mayın 25-də Azərbaycandan Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Qeyd edək ki, bu məqsədlə Azərbaycana ayrılan kvota hər il azaldılır, sənəd qəbulunun vaxtı uzadılır, gedənlərin sayı isə azalır.
Reyting.az
-ın məlumatına görə, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Həcc ziyarəti üçün vəsaitin toplanması xeyli çətinləşib:
“Allah bütün zəvvarlarımızn dualarını qəbul etsin, xalqımıza kömək olsun! Zəvvarların sayının azalması daha çox dindarlarımızın sosial vəziyyəti ilə bağlıdır. İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib.
Həm də dini maarifçilik artdıqca dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verir, həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyir, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar.
Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islamda islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir. Buna görə Şeyx həzrətlərinə, idarənin əməkdaşlarına, maarifçi din xadimlərimizə, dini işlərlə məşğul olan dövlət qulluqçularına təşəkkür etməliyik.
Zəvvarlarımız Həcc ziyarətinə sağ-salamat gedib-gəlirlər. Onlar arasında yaşlı insanların çoxluq təşkil etməsinə, ziyarət yerlərinin 40-50 dərəcə istidə günəş şüalarından qorunmamasına baxmayaraq, şükürlər olsun ki, ziyarət zamanı zəvvarlarımız arasında dünyasını dəyişənlərin sayı çox məhduddur”.
Azərbaycanda dini turizmin inkişafı yollarına gəlincə, Q. Həsənquliyev bildirib ki, bunun üçün ilk növbədə sərhədlər açılmalıdır:
“Bundan başqa, Naxçıvanda müqəddəs kitabımız Quranda adı keçən Əshabi-Kəhf adlanan pir var. Bu günlərdə Leyla və Arzu Əliyevalar da həmin piri ziyarət etdilər, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub.
Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək:
“Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”.
Hesab edirəm ki, biz, Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik.
Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.
Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz, Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik. Çoxsaylı zəvvarları qəbul etmək üçün Naxçıvanda yeni hotellər, sanatoriyalar və istirahət mərkəzləri tikilə bilər.
Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenlı Su Müalicəxanası mövcuddur. Təəssüf ki, nə Əshabi-Kəhf, nə də bu yerlər dünyada yaxşı reklam olunub, tanıdılmayıb. Qafqaz Müsəlmanları İdarəsi Naxçıvana yerli və xarici zəvvarların səfərini təşkil edə bilər. Bu, blokada vəziyyətində olan Naxçıvanın inkişafına da ciddi töhfə vermiş olardı”.
Q. Həsənquliyev əlavə edib ki, Azərbaycanın digər bölgələrində də ziyarət yerləri var, sadəcə, onlar abadlaşdırılmalı və yaxşı tanıdılmalıdır.
E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see159

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see116

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see116

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri