Icma.az
close
up
RU
Həccə gedən, şeytanı daşlayan jurnalistlər: “Həyəcandan dizlərim boşalmışdı”

Həccə gedən, şeytanı daşlayan jurnalistlər: “Həyəcandan dizlərim boşalmışdı”

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Həccə getmək İslam dininin 5 vacib əməlindən biridir. Hər bir inanclı insan ömründə heç olmasa bircə dəfə Həcc ziyarətində olmağı arzulayır. 2025-ci ilin Həcc mövsümü yaxınlaşdığından müqəddəs yolçuluğa hazırlaşan möminlər də əl-ayağa düşüblər. Mayın sonu – iyunun əvvəlində milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə Kəbənin ətrafına toplaşacaq. İyunun 6-7-də Məkkədə Qurban bayramını qeyd edəcək möminlər arasında şübhəsiz ki, azərbaycanlı zəvvarlar da olacaq.

Məlumdur ki, bu müqəddəs ziyarət kiçik və böyük Həcc olmaqla iki yerə bölünür. Kiçik Həcc ziyarəti ilin istənilən vaxtında həyata keçirilə bilər ki, bu zaman Həccin vacib  əməllərin bir qismi yerinə yetirilir. Bu ziyarəti yerinə yetirən müsəlman hacı titulu qazanmır. Kiçik Həcc Ümrə ziyarəti adlanır.

Böyük Həcc isə ildə bir dəfə İslam təqvimi ilə Zilhiccə ayının əvvəllərində yerinə yetirilir və daha geniş ibadətlərlə müşayiət olunur ki, onları icra edən müsləmanlar hacı titulu qazanırlar.

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanlar İdarəsidir (QMİ). İdarə zəvvarları bu il 25-30 may tarixləri arasında Həcc ziyarətinə yola salacaq. QMİ-nin məlumatına görə, Həccə gedib-gəlmək zəvvarlara 5 950 ABŞ dollarına başa gələcək. Bu il Azərbaycandan Səudiyyə Ərəbistanındakı müqəddəs ziyarətgaha 1300 nəfərin aparılması nəzərdə tutulur. Onların sırasında tanınmış simaları, eləcə də jurnalistləri görə bilərik.

Jurnalistlərdən söz düşmüşkən, Azərbaycandan xeyli KİV nümayəndəsi müxtəlif vaxtlarda kiçik və böyük Həcc ziyarətlərində olub. Onlardan bəziləri dünyasını dəyişib, bir qismi həyatdadır. Həccə gedib-gələn jurnalistlərdən kimisi davranışlarını dəyişib, kimisi də əvvəlki kimi yola davam edir.

Modern.az saytı Həccə gedib-gəlmiş jurnalistlərin adlarını dəqiqləşdirməyə çalışıb. 

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ilk dəfə 2013-cü ildə Ümrə ziyarətində olub:

“Türkdilli respublikalardan olan jurnalist qrupuyla Səudiyyə Ərəbistanına getmişdik. Köhnənin jurnalisti Ağanisə Sultanova da bizim qrupdaydı. Nümayəndə heyətlərinin olduğu ölkələrdən Səudiyyə səfirləri də oradaydı. İqtisadi forum keçiriləcəkdi, ona görə də əsasən sənaye müəssisələrinə səfərlər edirdik: Çörək zavodu, Süd zavodu, Neft emalı zavodu. Ağanisə isə səfirlərdən əl çəkmirdi: "A Mekke, ne budet?" Səfirlər bu sualdan yorulmuşdular,  Ağanisəni görəndə qaçırdılar. Bir səhər otelin önündə səfirləri narahat, ora-bura vurnuxan gördüm. Məlum oldu ki, nazirlər gəlmədiyinə görə İqtisadi forum təxirə düşüb. Bakıdakı Səudiyyə səfiri dedi: "Deyəsən, Ağanisənin Məkkə arzusu reallaşacaq! Bu gecə gedəcəyik". Beləcə, bizə oteldə ziyarət libasları geyindirdilər. Gecə yarısı təyyarəyə mindik. Səhər saat 4-də Məkkədəydik. Ümrə ziyarətinə başladıq. Ağanisə arzusuna çatmışdı...

Kəbənin girişində Zəmzəm suyu içdik və səhər namazını da AzTV-nin operatoru, gənc səfər yoldaşım Vüqarla birgə orada qıldıq. Sonra müqəddəs məkana daxil olduq, ayinləri yerinə yetirdik, dua etdik. Hər dəfə bu hadisəni xatırlayanda Mirzə Fətəli Axundovun "Dərviş Məstəli Şah"ı yadıma düşür, gülümsəyirəm - Ağanisənin Beynəlxalq İqtisadi Forumu təxirə salan dualarına gülümsəyirəm!..”

Rəşad Məcid deyir ki, ikinci dəfə 2023-ci ilin fevralında Ümrədə olub: “Bu dəfə də qrupumuzda jurnalistlər vardı. Əməkdar jurnalist Fazil Abbasovla orda bir-birimizi itirdik. Sən demə, Fazil müəllim Ümrədən sonra aeroporta gedib bizi gözləyirmiş, mən də həyəcanla Məkkədəki insan seli arasında 4 saat onu axtarmışam”.

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli böyük Həcc ziyarətində olub və illər keçməsinə baxmayaraq müqəddəs yolçuluğun təəssüratları bugünkü kimi yadındadır:

“İnsan həyatında elə anlar olur ki, onun xatirəsini uzun zaman unutmursan. Həm də o xatirələr ki, onu heç unutmaq da istəməyəsən. Bu xatirələr ilahi yolçuluğa aparan yoldakı duyğular olanda bir ömür onun feyzi insanı tərk eləmir. İnsan gözəl bilir ki, uşaqlıq yaddaşı heç zaman pozulmayan yaddaşdır. Həcc də bunun kimidir. Bəlkə hikmət orasındandır ki, insan bu ilahi ziyafətdən sonra yenidən doğulmuş kimi olur sanki...

Həcc ziyarətində 2007-ci ildə, 39 yaşımda olmuşam. Həcc səfəri mənim üçün yalnız bu ibadətin yerinə yetirilməsi üçün gedilən səyahət deyildi, ruh halımdakı dönüşü yaşamağım idi. İlk dəfə Kəbənin əzəmətini görəndə həyəcandan dizlərim boşalmışdı. İbadətində üzünü çevirdiyin qiblə ilə səni addımlar ayırır Məscidül-Hərama girərkən. Bu ehtişamın qarşısında sakitcə dayanmaq, həyəcan keçirməmək mümkün deyil. O anları xatırladıqca, o anları təkrar yaşayıram sanki. Müsəlman olaraq həyatımda belə müqəddəs təcrübə yaşamaq, ilahi əzəmətin qarşısında aciz qalmaq hissini yaşamaq böyük hədiyyədir. Müqəddəs torpaqlar olan Məkkə və Mədinədə insan özünü fərqli aləmdə hiss edir. Kəbənin ətrafında təvaf edərkən dünyanın hər yerindən gələn milyonlarla insan dənizində qərq olmaq sözlə anlada bilməyəcək qədər fərqli duyğudur.

Bir də Həcc ziyarətini xatırlayarkən Minadan rəhmətlik dostumuz Qadir İbrahimliyə etdiyim telefon zəngini həyəcanla xatırlayıram. Qadirə deyəndə ki, səsin indi Minadan eşidilir, qəlbindən keçirdiyin istənilən duanı səsli söyləyə bilərsən, onda xəttin digər başında nələr keçirdiyini hiss etdim. Bir sözlə, Həcci yaşamaq insanın bir ömür unuda bilməyəcəyi ibadətdir”.

Həccə gedən jurnalistlərdən biri də “Qafqazinfo”unun rəhbəru Elbrus Əruddur. O, zəvvar kimi 2005-ci ildə Səudiyyə Ərəbistanına səfər edib. Elbrus Ərus səfərlə bağlı təssüratlarını Modern.az-a müsahibələrinin birində  danışıb:

“O vaxt APA-da işləyirdim. O qədər yorulmuşdum ki, 1 aylıq başqa bir yerə getmək istəyirdim. Həmin vaxt da Həcc ziyarəti başlamışdı. Həm də jurnalist kimi Həcc ziyarəti mənə maraqlı gəlirdi. Əslində çox da xeyri oldu. Getdim, gördüm, gəldim. 5 il -2005-ci ildən 2010-cu ilə qədər spirtli içki içmədim. Sonra da bu qadağanı özüm pozdum...

İçki içməyimə əlimə keçən bir kitab səbəb oldu. Mən Məhəmməd peyğəmbərin həyatına dair “Muhəmməd” adlı kitab oxudum. Bu kitabı səfir Vilayət Quliyev tərcümə etmişdi. Dini Komitənin keçmiş sədri, çox hörmətli alimimiz Rafiq Əliyev isə həmin kitaba ön söz yazmışdı. O yazıb ki, bu, İslam və onun peyğəmbəri haqqında ən mükəmməl kitablardan biridir. Kitabı oxudum və başa düşdüm ki, dinə görə saxılanılan bir çox pəhrizlər, o cümlədən içməmək boş şeydir. Allah təbii ki, var. Amma Allahı tanıyıb-tanımamağı içki içməklə ölçmək lazım deyil. Mən o vaxtlar ibadət də edirdim. Cənub bölgəsindənəm, gözümü açandan namaz qılmışam. 

Düşünürəm ki, xristianlıq İslamdan daha humanist dindir. Çünki orada insan həyatına müdaxilə yoxdur. Onlar yas məsclisində də içirlər. İslam isə o olmaz, bu olmaz üzərində qurulub. Hər cür insanlığa zidd, qadağan olunmuş hərəkətlərin hamısı da İslam ölkələrində baaş verir. Bir araşdırma oxudum. Ən çox viski içilən ölkələrdən biri Pakistandır…

Vaxtilə mənə hacı deyə müraciət edənlər olurdu. Xoşuma gəlmir, fikir də vermirəm. Kəndə-filana gedəndə kimsə mənə hacı deyirdi. Ancaq baş qoşmuram. Hacılığa böyüklük kimi baxmıram”.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu 2000-ci illərin əvvəllərində Məkkədə hacı tituluna sahiblənib.

“Həcc ziyarətindən qayıdanda getdiyim adam olmadığımı dərk elədim. Həyata baxışım tamam dəyışmişdi...”, - deyən R.Arifoğlu bu gün də namaz qılıb oruc tutur, spirtli içkilərdən uzaq durur.

Jurnalist bacılar Ağanisə və Pərvanə Sultanovalar da Həcci ziyarət edən həmkarlarımızdırlar. Ağanisə Ümrə, Pərvanə isə Həcc ziyarətində olub. Ağanisə xanımın Ümrə xatirələri:

“2013-cü ilin dekabrında biz Səudiyyə Ərəbistanının Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq, iqtisadiyyat üzrə toplantısına dəvət almışdıq. O vaxt AzTV-də çalışırdım. Toplantı sözügedən ölkələrin xarici işlər və iqtisadiiyat nazirləri səviyyəsində keçirilirdi. Səudiyyə hökuməti media nümayəndələri üçün mükəmməl bir proqram hazırlamışdı və biz toplantıdan bir neçə gün öncə paytaxt Ər-Riyada getmişdik. Səfər proqramı sıx idi, beynəlxalq toplantı, Ər-Riyadda bir çox yerlərdə, o cümlədən, Saudi Aramcoda görüşlər, tədbirlər, ölkənin üçüncü böyük şəhəri və maliyyə paytaxtı gözəl Dammamla tanışlıq və s. Buna görə proqramda Ümrə ziyarəti yer almırdı. Mən isə özümü dərk edəndən getmək arzusunda olduğum yerin belə demək mümkünsə, bir addımlığında idim və Məkkəni ziyarət üçün dualar edirdim... Bu barədə Rəşad Məcid kitabında zarafatyana yazıb. Yerli və Orta Asiyadan olan həmkarlarım yarızarafat, yarıciddi deyirdilər ki, ilk gündən o qədər dua edib Məkkəyə gedək dedin ki, forum baş tutmadı. Səfərdə bizimlə birlikdə olan, yaxından tanıdığım, dəfələrlə müsahibə aldığım Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim bin Abdullah bin Əl-Səlimə Ümrə ziyarətinə getmək arzusunda olduğumu bildirirdim. Səhəri gün gözlənilmədən beynəlxalq forumun təxirə salınması ilə bağlı xəbər aldıq. Ardınca isə Ümrə ziyarətinə gedəcəyimizi bildirdilər.

Müsəlman dünyasının qibləgahında olmaq, ALLAHIN Evində namaz qılmaq, dua etmək, özünü başqa bir dünyada hiss etmək - indi də bütün bunları söz ilə ifadə edə bilmirəm, sadəcə həyatımda ən xoşbəxt olduğum bir neçə saat yaşadım, deyə bilərəm. Səfərlə bağlı yazılarımda da var, Ümrə ziyarətindəki dualarımda ən çox Qarabağın işğaldan azad olunmasını diləmişdim. Babamın atamın, anamın uşaqlıqdan bizə öyrətdiklərindən bilirəm ki, sidqi ürəkdən ALLAHA əl açıb etdiyimiz dualar qəbul olunur".

Jurnalist Laçın Səmla 2003-cü oldə Həccə gedib. Qayıdanda bəzi həmkarlarına Zəmzəm suyu da gətirib:

“Mən Həccə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə öz hesabıma getmişdim. O zaman səfər təəssüratlarımı mətbuat dərc etmişdi. O zamandan bəri çox dəyişiklik olub. Açığı, yenə getmək istərdim”.

“Günüsəsi.info” saytının rəhbəri Pərviz Həşimli 2011-ci ildə Həccə gedib:

“Allahdan çox razıyam ki, belə bir xoşbəxtliyi mənə qismət elədi. Arzulayırdım ki, 30 yaşımda Həccə gedim və bu da qismət oldu...  Kəbədə olarkən çox həyəcan yaşadım. Amma sonrakı günlərdə Həcc əməllərini yetirinə yetirəndə bu ziyarətin nə qədər vacib olduğunu bir daha anladım. Ümumiyyətlə, bu ziyarət insanın şüurunda dəyişiklik edir.

Orada qara daşa əlimi vurdum. Hamı kimi mən də günahlarımın bağışlanması üçün Allaha dua etdim. Mənim dualarımından biri xalqımız, millətimiz, torpaqlarımızın işağaldan azad olunması üçün olmuşdu.

Ziyarət zamanı gözlənilməz hadisə dünya şöhrətli peşəkar boksçu Mayk Taysonu orada görməyim oldu.

Həcc ziyarətində olsam da, istəmirəm ki, mənə hacı desinlər. Çünki mən din xadimi deyiləm, nə də şəriət qanunları ilə yaşayıram”.

Əməkdar jurnalistlər Füzuli İsmayılov, Sakit Ocaqlı və İttifaq Mirzəbəyli də Həcc ziyarətində olan, hacı titulu qazanan həmkarlarımız sırasındadırlar.

Fəaliyyəti dayandırılmış ANS telekanalının rəhbəri Vahid Mustafayev, “Real” Televiziyasının rəhbəri Mirşahin Ağayev 2017-ci ildə Ümrə və Həcc ziyarətinə gediblər. 

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Ümrə ziyarətində olub.

Jurnalist – keçmiş deputat Etibar Hüseynov isə illər öncə Həcc ziyarətinə gedib.

“Xalq qəzeti”nin veteranı, Əməkdar mədəniyyət işçisi Qüdrət Piriyev indi hacı titulu daşıyır.

“Həftə içi” qəzetinin redaktoru Vüsal Tağıbəyli 2016-cı ilin sentyabrında müqəddəs Həccin yolçusu olub. O, 2023-cü ildə Ümrə ziyarətinə də gedib.

Jurnalist Rumiyyə Miraslan da kiçik Həcc ziyarətində olub: "Mən də Ümrə ziyarətində olmuşam. Allah böyük Həcc də qismət eləsin!".

Tanınmış jurnalist Akif Cabbarlı 1993-cü ildə Ümrə ziyarətində olub.

“O vaxt mən AzTV-də çalışırdım, səfərə operatorumuz Eldar Məmmədovla getmişdik. Biz rəsmi nümayəndə heyətini müşayiət edirdik, Misirdə və Səudiyyə Ərəbistanında olduq. Fürsət düşmüşkən, Məkkəyə də getdik, Kəbəni ziyarət etdik. Hətta Mədinə şəhərində də olduq. Qayıdandan sonra səfərimizlə bağlı hazırladığımız veriliş AzTV-də yayımlandı”.

Sırada kimlər – hansı həmkarlarımız olacaq, bunu gələcək göstərər və hamısına uğurlu ziyarət arzulayırıq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see263

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see225

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see134

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see126

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see118

Amerikalı basketbolçu Ordu da

10 Mart 2025 14:18see117

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see117

“Azərbaycan qazı Ukrayna tranziti danışıqlarının bir hissəsidir”

10 Mart 2025 16:23see116

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see116

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see115

"Bitcoin" niyə bahalaşır? Araşdırma

10 Mart 2025 16:14see115

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see115

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see115

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see114

Bakıda ağacları kəsənlərə cinayət işi açıldı

10 Mart 2025 16:06see114

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see114

Sumqayıt hesabı açdı Yenilənir

10 Mart 2025 17:23see114

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see114

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see113

Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

10 Mart 2025 19:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri