Icma.az
close
up
RU
Həddən artıq təmiz şəraitdə yaşayan uşaqların immuniteti zəif olur

Həddən artıq təmiz şəraitdə yaşayan uşaqların immuniteti zəif olur

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Təmizlik və gigiyena uşağın sağlamlığı üçün olduqca vacib olan amillərdir.

Bunu bütün analar bilir. Məhz bu səbəbdən əksər analar evini, uşağa aid olan hər bir şeyi steril saxlamaq üçün əlindən gələni edirlər.

Lakin amerika immunoloqlar və allerqoloqlar alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə bir maraqlı nəticəyə gəldilər - körpəlik dövründən daim bakteriyalar və allergenlərlə təmasda olan uşaqda allergiya, astma, bronxit və s. bu kimi xəstəliklərin  inkişafı ehtimalı daha təmiz şəraitdə yaşayan uşaqla müqayisədə daha azdır.

Amerikalı alimlər fermalarda (bizim dilimizdə desək - kəndlərdə) və şəhərdə təmiz şəraitdə böyüyən uşaqların sağlamlığını müqayisə ediblər. Fermalarda böyüyən və daim müxtəlif bakteriya və allergenlərlə təmasda olan uşaqlarda şəhərdə böyüyən və daim təmiz şəraitdə yaşayan uşaqlarla müqayisədə yuxarıda sadaladığımız xəstəliklər daha az olur və onların immun sistemi də daha möhkəm olur.

Bunun elmdə konkret izahatı var. Körpə uşağın immun sistemi formalaşmamış olur. İmmun sisteminin formalaşması üçün uşağın orqanizmi daim müxtəlif bakteriyar, allergenlər və s. ilə təmasda olmalıdır. Bu uşağın immun sistemini sanki məşq etdirir. Nəticədə uşağın immun sistemi möhkəmlənir və daha sonra bakteriyalar, allergenlər və s. "düşmənlərin" hücumuna lazım olan cavab verir.

Uşaq çox təmiz şəraitdə böyüyürsə, onun immun sisteminin məşq etmək üçün imkanı daha az olur. Bu səbəbdənn belə uşaqların immun sistemi də daha zəif olur.

Təbii ki, bu heç də o demək deyil ki, uşaq natəmiz şəraitdə böyüməli və yaşamalıdır. Sadəcə uşaq üçün xüsusi steril şərait yaratmaq lazım deyil. Belə ki, uşağın paltarlarına,  qab-qacağına, oyuncaqlarına və s. heç bir xüsusi baxım tələb olunmur - onları çirklənəndə adi qaydada yumaq və təmizləmək lazımdır. Uşaq tez-tez havada olmalıdır, uşağa qumla, torpaqla, daşlarla, çöldəki pişiklərlə və s. ilə oynamağa qadağan etməyin. Bu onun immun sisteminin məşq etməsi üçün olduqca vacibdir. Sadəcə fikir verin ki, uşaq çirkli əllərlə ağzına, gözlərinə toxunmasın.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 03:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri