Həddindən artıq təmizlik eşqi psixoloji problem ola bilər
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial mediada "Cleantok" etiketi ilə paylaşılan mükəmməl təmizlik videoları hamımızı həvəsləndirsə də, mütəxəssislərin fikrincə, həddindən artıq təmizlik və nizam arzusu, əslində daxili narahatlığı (təşvişi) gizləyən bir "maska" ola bilər.
Milli.Az xəbər verir ki, klinik direktor Kortniroz Çunqun (Courtneyrose Chung) fikrincə, insanlar bəzən sadəcə gigiyena üçün deyil, həm də anıllıq nəzarət hissi yaşamaq və ya narahat edici duyğulardan qaçmaq üçün təmizlik edirlər.
Təmiz mətbəxdən zövq almaq normaldır. Lakin stolun üstündə bir neçə qırıntı görəndə sakitləşə bilmirsinizsə, bu, yüksək səviyyəli təşvişin əlaməti ola bilər.
Ömür-gün yoldaşınızın gödəkcəsini stulun üstünə qoyması və ya uşağınızın yerə qırıntı tökməsi sizdə 10 ballıq şkala ilə 8 ballıq bir qəzəb yaradırsa, bu, sinir sisteminizin nəzarəti itirdiyini hayqırmasıdır. Sizin üçün bu dağınıqlıq sadəcə çirk deyil, sanki şəxsi təhlükəsizliyinizə qarşı bir hücum kimi qəbul edilir.
Əgər həyatınızdakı vacib işləri və ya məsuliyyətləri yerinə yetirməmək üçün təmizliyə sığınırsınızsa, bu bir problemdir. Çünki təmizlik insana anında gözlə görünən bir nəticə və dofamin (xoşbəxtlik hormonu) bəxş edir.
Psixoloqlar bu vəziyyəti belə adlandırır. Eviniz əslində təmizdir, lakin siz zihninizdəki qarışıqlığı təmizləyə bilmədiyiniz üçün eyni yeri dəfələrlə silməyə davam edirsiniz.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Fevral 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















