Icma.az
close
up
RU
HƏDƏF terror təhlükəsi ehtimalını sıfıra endirmək

HƏDƏF terror təhlükəsi ehtimalını sıfıra endirmək

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Xarici qüvvələr Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər

Türkiyə lideri ölkədaxili siyasi qüvvələri “Terrorsuz Türkiyə” məsələsində həmrəy olmağa çağırıb. Belə ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edərkən bildirib ki, Türkiyə dövləti “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açıb və ölkədə terror təhlükəsi ehtimalını sıfıra endirmək üçün daha aktiv tədbirlər görüləcək. Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çox vacibdir. “Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror problemi”nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq”, - deyə R.T.Ərdoğan qeyd edib. Türkiyənin dövlət rəhbəri, həmçinin terrorla mübarizədə populizmin yolverilməz olduğunu vurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək nəsillər bunu bağışlamayacaq”.

Xatırladaq ki, iyulun 9-da PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib - İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb. Öcalanın çağırışından üç gün sonra İraqın şimalında yerləşən Süleymaniyə şəhərində PKK terror qruplaşması silahlarını Türk ordusuna təhvil verdi.

Türkiyənin strateji qələbəsi

Türkiyə uzun illər boyu apardığı diplomatik-siyasi və hərbi mübarizə nəticəsində PKK-nı diz çökdürdü. PKK liderləri Türkiyənin regionda hərbi-siyasi qüdrətini və regiondakı proseslərə təsir imkanlarını  nəzərə almaya bilməzdilər. Türk silahlı qüvvələrinin hərbi potensialının artması, daha yeni texnoloji avadanlıqlarla təmin olunması, xüsusilə də türk ordusunun müasir tələblərə cavab verən PUA-larla təzcih olunması onun PKK və digər terror təşkilatlar ilə mübarizəsini daha da gücləndirdi. Türk ordusu öz yerli istehsalı olan PUA-lar vasitəsilə PKK-nın dağlardakı bütün gizli sığınacaqlarını aşkar edərək onların hamısını məhv etdi. Bir çox analitiklər bunu Türkiyənin strateji qələbəsi hesab edirlər.

Politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, PKK-nın silahı yerə qoyması Türkiyənin çox böyük nailiyyətidir. “Bu, Türkiyənin əhəmiyyətli strateji qələbəsidir.  Bu qələbə Türkiyənin həm ölkə daxilində, həm qonşu ölkələr ilə münasibətlərdə, həm də beynəlxalq səviyyədə uzunmüddət apardığı siyasi mübarizənin nəticəsidir. Yaxın zamanda Türkiyədə daxili vəziyyət daha da normallaşacaq. Son 40 ildə - PKK-nın fəaliyyətdə olduğu dövrdə Türkiyənin daxilində ciddi problemlər baş verirdi  -  dəhşətli terror aktları törədilirdi. Türkiyə dövləti öz daxili resurslarının böyük hissəsini PKK-ya qarşı mübarizəyə yönləndirirdi. Eyni zamanda, ölkə daxilində terrora qarşı mübarizənin gücləndirilməsi istiqamətində əlavə vəsaitlər xərclənirdi. Bu müddət ərzində 30 mindən çox Türkiyə vətəndaşı həlak olub. Qətiyyətli hərbi-siyasi mübarizə nəticəsində Türkiyə öz hədəfinə nail olmağı bacara bildi. Türkiyə qarşısında duruş gətirə bilməyən PKK silahı yerə qoymağa məcbur oldu. Bu, onu deməyə əsas verir ki, bundan sonra Türkiyədə terrorla bağlı ciddi problemlər yaşanmayacaq - bütün resurslar daxili vəziyyətin daha da normallaşmasına sərf olunacaq”, -  deyə. Ə.İbrahimov əlavə edib ki, bu, Türkiyənin qonşu ölkələrlə münasibətlərində müsbət proseslərə təkan verəcək: “Vaxtilə qonşu ölkələr - İran, İraq və Suriyanın ərazisində fəaliyyət göstərmiş PKK terror qruplaşması həmin ölkələrin ərazisindən Türkiyənin ərazisinə hücumlar təşkil edirdi və müxtəlif təxribatlar törədirdi. Türkiyə də davamlı olaraq İran və Suriyada hərbi əməliyyatlar aparmaq üçün xeyli miqdarda vəsait xərcləyirdi. Bununla yanaşı, Türkiyənin İran, İraq və Suriya ilə münasibətlərində problemlər yaşanırdı. Ankaranın PKK-nın silahı yerə qoymasına nail olması, həqiqətən Türkiyənin İraq və Suriya ilə münasibətlərində yeni proseslərə yol açacaq. Bu, Türkiyənin siyasi tarixində çox əhəmiyyətli bir hadisədir”.

PKK kartından daha istifadə edilməyəcək

“PKK-nın silahı yerə qoyması həm də Türkiyənin müəyyən xarici qüvvələr üzərində qələbəsidir. Vaxtilə PKK-nı silahlandıran və bu terror qruplaşmasına hər cür dəstək verən  həmin xarici qüvvələr Türkiyənin bu strateji qələbəsi ilə barışmaq məcburiyyətində olacaqlar - daha PKK kartından Türkiyəyə qarşı istifadə edə bilməyəcəklər. Türkiyə də heç bir zaman həmin kartdan ona qarşı istifadə edilməsinə imkan verməyəcək. Türkiyə daha da möhkəmlənəcək” - deyə Ə.İbrahimov vurğulayıb.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see392

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see324

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see286

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see261

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see252

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see252

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see237

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see237

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see208

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see189

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see177

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see171

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see168

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see166

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see165

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see160

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see160

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see160

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see155

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri