Icma.az
close
up
RU
Hədəfə çatmaq üçün real addımların atılması mütləqdir

Hədəfə çatmaq üçün real addımların atılması mütləqdir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Etibar Hacıyev,

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyini uğurla başa vurdu. Dövlət başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edərək bu tədbirin ölkəmizin qarşısında açdığı imkanlardan, əhəmiyyətindən bəhs etdi. Reallıq budur ki, COP29 fərqliliyi, uğurlu nəticələri ilə diqqətdədir. Hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Azərbaycanın yüksək təşkilatçılığı, hər bir məsələnin həllinə ədalət meyarından yanaşması və qəbul etdiyi qərarlarla, təşəbbüslərlə qlobal problemlərin həllinə verdiyi töhfələr təqdir edilir. İqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı kimi dəyərləndirilən COP29-un 200-ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanda keçirilməsi barədə qərarı cənab İlham Əliyev belə dəyərləndirmişdi: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Dövlətimizin başçısı COP29-un nəticələri ilə bağlı paylaşımında da bu məqamları xüsusi qeyd etdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.  80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşılırdı. Onlar yanıldılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər.

Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard dollar həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Tədbir iştirakçılarının rəylərində də bu məqam yer alır ki, qarşıdakı illərdə birgə işləmək bacarığımız sınanacaq. “Bakı irəliləyişi” qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək. Bakı Maliyyə Məqsədinin uğurlu razılığı COP29 Sədrliyinin təmin etdiyi nailiyyətlərin bir hissəsidir. COP29 Sədrliyinin bəyanatında vurğulanır ki, tərəflərin ilkin rəyini əks etdirən Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar bütün Tərəfləri həm dövlət, həm də özəl mənbələrdən istifadə etməklə, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsini ən azı 1,3 trilyon dollara çatdırmaq üçün əməkdaşlıq etməyə çağırır. İnkişaf etmiş Tərəf ölkələrin təqdimatlarına əsaslanaraq, bu qərar həm də hər il 100 milyard dolların birgə toplanması hədəfinin genişləndirilməsini təklif edir. Bura inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinin maliyyələşdirilməsini 2035-ci ilə qədər ildə 250 milyard dollara çatdırmaq üçün inkişaf etmiş tərəf ölkələrin rəhbərliyi altında yeni hədəfin müəyyən edilməsi daxildir. Bütün tərəfləri mümkün ən ambisiyalı nəticəyə təşviq etmək üçün həm inklüziv və şəffaf şəkildə, həm də səylə fəaliyyət göstərəcəyik.

COP29 Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıq çağırışını bir daha dünyaya çatdırdı. Qlobal problemlərin həllində səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, ümumi mövqenin ortaya qoyulması ilə yanaşı, hədəfə çatmaq üçün real addımların atılması mütləqdir. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see282

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see275

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see271

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see262

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see259

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see259

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see255

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see251

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see248

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see248

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see237

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see235

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see227

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see208

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see206

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see195

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see193

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see187

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see181

Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu Cərrah Səkinə Xudıyeva

04 Sentyabr 2026 16:47see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri