Icma.az
close
up
RU
Həftə sonu Bakıda nə edək? 10 manatla gedə biləcəyiniz 5 yer

Həftə sonu Bakıda nə edək? 10 manatla gedə biləcəyiniz 5 yer

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həftə sonu Bakıda gəzmək üçün mütləq böyük büdcə lazım deyil. Şəhərin mərkəzində elə məkanlar var ki, 10 manatla həm uzun-uzadı gəzmək, həm gözəl şəkillər çəkdirmək, həm də kiçik əyləncə yaşamaq mümkündür.

“Yeni Sabah” xəbər verir ki, paytaxtda həftəsonunu daha sərfəli keçirmək istəyənlər üçün 10 manatlıq bir neçə fərqli gəzinti planı hazırlamaq olar. Burada əsas məsələ pul xərcləməkdən çox marşrutu düzgün qurmaqdır. Məsələn, İçərişəhər, Bulvar, Dağüstü park və Ağ Şəhər kimi yerlərdə əsas gəzinti üçün ayrıca ödəniş tələb olunmur. Metro və avtobusla bir gediş isə hazırda 60 qəpikdir.

Bəs 10 manatla Bakıda hara getmək olar? Pepperoni pizza

İçərişəhər – 10 manatdan da az xərclə şəhər gəzintisi

Şənbə günü üçün ən sadə planlardan biri İçərişəhərdən başlamaqdır. Burada məqsəd pul xərcləmək deyil, küçələri gəzmək, qədim binalara baxmaq və şəhərin fərqli simasını görməkdir. Metro ilə İçərişəhər stansiyasına getmək üçün 60 qəpik kifayətdir. Oradan Qız qalası istiqamətində piyada hərəkət etmək, daş küçələrdə gəzmək, müxtəlif həyətləri və tarixi binaları seyr etmək olar.

10 manatlıq büdcəni belə bölmək mümkündür:

Metro – 0,60 manat

Qayıdış üçün metro – 0,60 manat

Çay və ya kofe – təxminən 2-3 manat

Yüngül qəlyanaltı – 2-3 manat

Qalan pul – ehtiyat

Beləliklə, hətta 6-7 manat xərcləməklə də İçərişəhərdə bir neçə saat keçirmək mümkündür. Üstəlik, İçərişəhəri gəzdikdən sonra piyada Dənizkənarı Bulvara tərəf enmək olar. Beləliklə, əlavə nəqliyyat xərcinə də ehtiyac qalmır.

Bulvar + gəmi gəzintisi – 10 manatı tam istifadə edənlər üçün

Dənizkənarı Bulvar həftə sonu üçün ən rahat seçimlərdən biridir. Burada uzun məsafəni piyada qət etmək, dənizə baxmaq və şəhərin mənzərəsini izləmək mümkündür. Amma 10 manatlıq büdcəni bir az da maraqlı etmək istəyənlər üçün gəmi gəzintisi variantı var.  Bulvardakı gəmi gəzintisinin qiyməti 10 manatdır. Gəzinti təxminən 30-40 dəqiqə davam edir və səfərlər hər gün 14:00-dan 21:00-dək həyata keçirilir. Küləkli hava olduqda səfərlər dayandırılır. Əgər bütün 10 manatı gəmi gəzintisinə xərcləsəniz, qalan hissəni isə piyada gəzinti ilə keçirmək olar.

Dağüstü park – Mənzərə üçün pul ödəməyə ehtiyac yoxdur

Şəhərə yuxarıdan baxmaq istəyənlər üçün Dağüstü park ayrıca seçimdir. Burada əsas üstünlük odur ki, şəhər mənzərəsi üçün ayrıca bilet almaq lazım deyil. Parkdan Bakı buxtasına, Bulvara və şəhərin digər hissələrinə baxmaq mümkündür.

10 manatlıq plan belə ola bilər:

Metro – 0,60 manat

Piyada gəzinti – 0 manat

Çay və ya kofe – 2-3 manat

Qəlyanaltı – 2-3 manat

Dağüstü parkı Bulvarla birlikdə planlaşdırmaq daha maraqlıdır. Əvvəlcə Bulvar boyunca gəzmək, daha sonra funikulyor və ya piyada Dağüstü park istiqamətinə getmək olar. Beləliklə, 10 manatın böyük hissəsi xərclənmədən bir neçə saatlıq şəhər gəzintisi alınır.

Bulvarda velosiped – 3 manata fərqli həftə sonu

Sadəcə piyada gəzməkdən yorulanlar üçün daha hərəkətli variant da var.  Bulvardakı Veloparkda adi “Star” velosipedinin 1 saatlıq icarəsi 3 manat, sürətli “Star” velosipedinin 1 saatlıq icarəsi isə 5 manatdır. Veloparkların müxtəlif məntəqələri var və iş saatları məntəqəyə görə dəyişir. Bu, 10 manatlıq büdcə ilə ən sərfəli əyləncə variantlarından biri sayıla bilər.

Məsələn:

Velosiped – 3 manat

Metro – 1,20 manat

Su – 1 manat

Çay və ya kofe – 2-3 manat

Cəmi 7-8 manat.

Qalan pula isə kiçik bir qəlyanaltı almaq olar. Üstəlik, velosipedlə Bulvarın daha böyük hissəsini qısa müddətdə gəzmək mümkündür.

“Pulsuz Bakı” planı – Ağ Şəhərdən Bulvara qədər

10 manatın hamısını xərcləmək istəməyənlər üçün daha bir variant var. Ağ Şəhər Bulvarı ərazisindən gəzintiyə başlayıb Bulvar istiqamətində hərəkət etmək olar. Bu planın əsas hissəsi pulsuzdur. Küçələri, dənizkənarı ərazini, müasir binaları və parkları gəzmək, şəkil çəkdirmək mümkündür.

Burada 10 manat belə bölünə bilər:

Nəqliyyat – 1-2 manat

Qəhvə və ya çay – 2-3 manat

Qəlyanaltı – 2-3 manat

Beləliklə, 10 manatın hamısını xərcləmədən də həftə sonunu şəhərdə keçirmək mümkündür.

10 manatla Bakı gəzintisinin əsas sirri

Əslində 10 manatla Bakıda gəzməyin əsas yolu bahalı əyləncə axtarmamaqdır. Şəhərin bir çox məşhur məkanında əsas fəaliyyət – gəzmək, mənzərəyə baxmaq və şəkil çəkmək pulsuzdur. Məsələn, bir gündə İçərişəhərdən başlayıb Bulvara enmək, oradan Dağüstü parka qalxmaq və günün sonunda yenidən şəhər mərkəzinə qayıtmaq mümkündür. Əgər yol boyu hər yerdə yemək və içki almaq əvəzinə əvvəlcədən su və kiçik qəlyanaltı götürülsə, 10 manatlıq büdcə daha da rahat çatır. Üstəlik, 10 manatın hamısını xərcləmək də şərt deyil. Bu büdcə ilə ən azı 5 fərqli şənbə planı qurmaq mümkündür: tarixi Bakı, dənizkənarı Bakı, mənzərəli Bakı, velosipedlə Bakı və tamamilə piyada gəzinti.

Qeyd edək ki, məkanlarda əlavə xidmətlərin qiymətləri dəyişə bilər. Buna görə konkret xidmətə pul ödəməzdən əvvəl günün aktual qiymətini yoxlamaq məsləhətdir.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2026 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri