Icma.az
close
up
RU
Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti yollarda görünüş məsafəsinin azalmasına səbəb ola bilər.
Bizim Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, xüsusilə gecə və səhər saatlarında görünüş məsafəsinin azalması, yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.
 

Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, BDYPİ sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir.


Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalıdırlar. Həmçinin ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl edilməlidir.
Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
BDYPİ sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri