Həftəsonu külək güclənəcək
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Respublika ərazisində növbəti iki gün müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabit, əsasən yağmursuz və cənub-qərb küləkli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu Abşeron yarımadasında 18–20°, Aran rayonlarında 17–22°, dağlıq ərazilərdə isə 8–13° isti olacaq. O, həmçinin deyib ki, noyabrın 15-i günün ikinci yarısından başlayaraq şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək, fasilələrlə yağışlı hava şəraiti müşahidə olunacaq: “Bəzi yerlərdə yağışların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur.
Eyni zamanda, Bakıda və Abşeron yarımadasında da noyabrın 15-i günün ikinci yarısından şimal-qərb küləyi güclənəcək. 15-i axşam və 16-na keçən gecə bəzi yerlərdə küləyin güclü olacağı istisna olunmur. 16-sı gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–10° aşağı enərək Bakıda və Abşeron yarımadasında noyabrın 16-da 10–12°, Aran rayonlarında 14–18°, dağlıq ərazilərdə isə 8° isti olacaq”. (AZƏRTAC)
Baxış sayı:95
Bu xəbər 13 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















