78 ildən sonra bayrağı dəyişdilər
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Koreya 1948-ci ildə dövlətin yaradılmasından bəri ilk dəfə milli bayrağının ölçü nisbətini dəyişib.
“Qafqazinfo” “Yonhap”a istinadla xəbər verir ki, bu barədə ölkənin yenilənmiş Konstitusiyasında qeyd olunub.
Şimali Koreyanın “Naenara” təbliğat portalında dərc edilən Konstitusiyanın 166-cı maddəsinə əsasən, bayrağın hündürlüyünün eninə nisbəti əvvəlki 1:2 əvəzinə 1:1,65 olaraq müəyyənləşdirilib.
Bununla belə, bayrağın ümumi dizaynı dəyişməz qalıb. Mərkəzdə geniş qırmızı zolaq, onun yuxarı və aşağı hissələrində nazik ağ zolaqlar, kənarlarda mavi zolaqlar və ağ dairə içərisində qırmızı beşguşəli ulduz saxlanılıb.
Qeyd edək ki, bayrağın əvvəlki ölçü nisbəti onilliklər ərzində, o cümlədən 2023-cü ilin sentyabrında aparılan konstitusiya dəyişikliklərindən sonra da qüvvədə qalıb. Müşahidəçilər bu qərarı Şimali Koreya lideri Kim Çen Inın özünəməxsus idarəçilik üslubu və yeni milli kimlik formalaşdırmaq səyləri ilə əlaqələndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Noyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















