Həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Axar.az xəbər verir ki, müraciətdə həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artmasının qəza riskini yüksəltdiyi bildirilib.
Qeyd olunub ki, mövsümə xas qeyri-sabit hava şəraiti bu riski daha da artırır. Bəzi sürücülərin zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi və hərəkət zamanı məsuliyyətsiz davranması ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olur.
BDYPİ sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı, yol və hava şəraitini nəzərə almağı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət həddinə, ötmə və manevr qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
İdarə bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağıraraq onlara təhlükəsiz səfər arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 21 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















