Həkəri stansiyasında işlər başa çatmaq üzrədir Zəngəzur dəhlizində növbəti mərhələ VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Həkəri dəmiryol stansiyası Horadiz–Ağbənd dəmiryol xəttinin 67-ci kilometrində yerləşir və Zəngəzur dəhlizini əhatə edən 9 əsas stansiyadan biri hesab olunur.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda stansiya ərazisində yolun üst quruluşu üzrə işlər tamamlanmaq üzrədir. Tikintinin yekunlaşması ilə bölgədə yük və sərnişin daşımalarında yeni mərhələnin başlanacağı gözlənilir.
Hazırda işçi qatarlarının hərəkəti yalnız bu stansiyaya qədər təmin olunur, növbəti hissələrdə isə yolun tam istismara verilməsi üçün son hazırlıqlar davam etdirilir.
Zəngəzur dəhlizi istismar olunmağa başladıqdan sonra region ölkələri arasında yükdaşımaların tempi artacaq, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika mərkəzlərindən birinə çevriləcək.
Baxış sayı:41
Bu xəbər 06 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















