Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Həkim bir neçə dəfə zəng edib ki...” Burun əməliyyatında sonra ölən Nəzrinin atası

“Həkim bir neçə dəfə zəng edib ki...” Burun əməliyyatında sonra ölən Nəzrinin atası

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycanın hər yerindən bizi tanımayan insanlar Nəzrin üçün xəstəxanaya dəstək olmağa gəldilər. Media nümayəndələri məsələni işıqlandırdılar. Dəstək olan hər kəsə təşəkkür edirik. Mən ölənə kimi hər gün bu məsələni gündəmdə saxlayacağam”. 

Bunu “Cebheinfo.az” xəbər portalına keçən gün burun əməliyyatından sonra komaya düşərək həyatını itirən 30 yaşlı Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib. 

Mərhumun atasının sözlərinə görə, hazırda məsələ araşdırılır: 

“Prokurorluğa müraciət etmişik. Biz özümüz və Nəzrinin iş kollektivi də Səhiyyə Nazirliyinə şikayət edib. Səhiyyə Nazirliyi ilə Prokurorluq bir yerdə gəlib mənim qızımı kilinikadan özləri götürdülər. Meyiti müayinə etməyə və bütün məhkəmə tibbi ekspertizasının hamısından keçməyə özüm razılıq verdim. Mən onu ifşa etmək üçün hər şeyə razı oldum. Ekspertiza rəyi keçirilib, qızımın cansız bədəni bizə təhvil verilib və artıq dəfn etmişik”. 

O deyib ki, həkimdən heç bir məlumat yoxdur: 

“Hətta eşitdiyimizə görə, dünən belə əməliyyat edib. O, hələ də işindən kənarlaşdırılmayıb. Yenə də əməliyyatlara davam edir. Bu məsələdən sonra üz-üzə gəlməmişik. Mən onunla üz-üzə gəlsəm, özümə cavabdeh ola bilmərəm. Sadəcə onun özü qızımın həyat yoldaşı ilə xəstəxanaya yerləşdirildiyi vaxt, ayın 6-sı əlaqə saxlayıb. Qızımın yoldaşı prokurorluğa müraciət edəndən sonra Sənan Mehdiyev bir neçə dəfə kürəkənimə zəng edib. Kürəkənim də cavab verməyib ki, artıq səninlə danışacaq adam biz deyilik, prokurorluqdur”. 

Aydın Abışzadə qeyd edib ki, Sənan Mehdiyevin dediklərinə əməl etsəydilər, qızı evdə vəfat edəcəkdi: 

“Qızımın vəziyyəti ayın 4-ü günü axşam pisləşib. 5-i bütün günü pis olub. Bu müddət kürəkənimin onunla əlaqə saxlamasına baxmayaraq, Sənan Mehdiyev deyib ki, dəyməyin, heç nə etməyin, heç yerə aparmayın. Yəni onun dediklərinə əməl olunsaydı, qızım evdə keçinəcəkdi. Qızımı "Liv Bona Dea Hospital"a çatdırıblar. Oraya çatdıran kimi ürək dayanıb. 

7 dəqiqə sonra ürəyi işə salıblar. Amma yenə də qızımın beyni komadan ayılmadı.  Ayın 5-i, 6-sı, 8-i, 9-u reanimasiyaya yerləşdirdiyimiz klinikada KT elədilər. KT sənədlərində hamısı qeyd olunub. Orada göstərilib ki, əməliyyat zamanı beyin sümüyü zədələnib. Ordan beyinə maye sızıb, miningit əmələ gəlib və beyinə infeksiya keçib. Beyin şişib və qan dövriyyəsini dayandırıb. Beyin qan ilə qidalanmayıb. Qızımın ölüm səbəbi budur”. 

Xatırladaq ki, Nəzrin Mansurovanın yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra vəziyyəti ağırlaşıb və komaya düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri