Icma.az
close
up
RU
Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəmə prosesi başladı

Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəmə prosesi başladı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sənan Mehdiyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil istintaq zamanı müstəntiqin kobud qanun pozuntularına yol verdiyini əsas gətirərək, müstəntiqin məhkəməyə çağırılmasını və ifadə verməsini istəyib.

Müdafiəçi məhkəməyə bildirib ki, mərhum Nəzrin Mansurlu özünü pis hiss etdiyi zaman onu yoxlamağa gələn həkim əlavə dərmanlar verib və heç bir sənədləşmə olmadan mənzili tərk edib. Təcili Tibbi Yardım personalının hüquq və vəzifələri ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğular vermişik. Amma cavabsız qalıb. Məhkəmədən bu qurumlara sorğu verilməsini xahiş edirik.

Vəkilin sözlərinə görə, müvəkkili zərərçəkmişin ailəsi ilə əlaqə saxlayıb:

“Nəzrin xanım yanvarın 3-ü əməliyyat olunub. Sənan Mehdiyev 6-7 dəfə zəng edib. Bununla bağlı məlumatlar da var. Məhkəmədən xahiş edirəm ki, həmin sənəd zərərçəkənlərə, proses iştirakçılarına nümayiş etdirilsin”.

Bəzi sənədlərdə müvəkkilimin adı ilə sənədlər imzalanıb. O sənədlərə Sənan Mehdiyev imza çəkməyib. Biz məhkəmədən xəttşünaslıqla bağlı ekspertizanın təyin edilməsini xahiş edirik.

Hakim sorğuların verilməsi ilə bağlı vəsatətləri təmin edib.

Xəttşünaslıqla bağlı ekspertizanın verilməsi və müstəntiqin məhkəməyə çağırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb.

Zərərçəkən tərəfin vəkili məhkəməyə bildirib ki, Nəzrin Mansurlu vəfat etdikdən sonra Səhiyyə Nazirliyi həmin xəstəxanada yoxlama aparıb:

“Yoxlamalardan sonra həkim barəsində protokol tərtib olunub. Səhiyyə Nazirliyinə sorğu verdik. Lakin sorğumuz cavabsız qaldı. Məhkəmədən həmin sorğuların əldə olunması üçün Səhiyyə Nazirliyinə sorğu verilməsini xahiş edirik”.

Təqsirləndirilən şəxs Sənan Mehdiyev vəsatətə münasibət bildirib:

Qarşı tərəfin protokol məsələsinə gəldikdə qəbul şöbəsində anket var. Mən özümə aid olan hissəni hər zaman doldurmuşam. Bir hissə boş qalıb. Çalışdığım bütün yerlərdə oranı qəbul şöbəsinin həkimi doldurub. Səhiyyə Nazirliyinin əməkdaşları mənə dedi ki, oranı siz doldurmalısınız. Mən də onların yanında oranı doldurdum. Onlar mənə dedi ki, buranı indi yox, vaxtında doldurmaq lazım idi. Bunun üçün də mənə protokol tərtib olunub”.

Daha sonra təqsirləndirilən şəxs Sənan Mehdiyev ifadə verib.

O bildirib ki, özünü təqsirli bilmir:

"Nəzrin xanım burun əməliyyatı üçün müraciət etmişdi. Ona burun çəpər əyriliyi diaqnozu qoyulmuşdu. Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə Fərid bəylə danışmışam. Fərid bəy mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdi. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa hansısa pis olduğu məqamları desəydilər, mən niyə axı “evdə yatsın, dincəlsin” deyim ki? Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm."

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mansurlu bildirib ki, həyat yoldaşının ölümünə səbəb onun meningit olması olub.

Sənan Mehdiyev deyir ki, bizimlə əlaqə saxlayıb. Amma bu olmayıb. Bizimlə əlaqə saxlayan onun köməkçisi olub. Ayın 5-i Sənan Mehdiyev bizimlə əlaqə saxlayıb. O vaxta kimi Sənan Mehdiyevin bizimlə telefon danışığı olmayıb”.

Sənan Mehdiyev bildirib ki, Nəzrin xanım xəstəxanaya gətiriləndə onun necə gəldiyinin video görüntüləri var:

"Meningit ölümcül xəstəlik deyil. Onun burnunu barmağı ilə sildiyi video görüntülər də var. Bu, onu göstərir ki, Nəzrin xanım xəstəxanaya gətirilərkən özündə olub. Misal olaraq demək olar ki, özündə olmayan biri barmağını burnuna yaxınlaşdıra bilməz.

Mən xəstənin yanında gəlib durmalıydım. Ola bilmədiyim üçün üzr istəyirəm. Buna görə səhvim. Bəlkə yanında olsaydım, bütün bunlar olmazdı”.

Məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Belə ki, Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Növbəti məhkəmə prosesi iyunun 30-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri