Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib? VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yaxınları onun ölümündə həkimi təqsirləndirirlər.
1 həftə əvvəl şəhər sakini Şiyavuş Rzayev qasıq nahiyyəsində yırtıq səbəbi ilə rayon mərkəzi xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Onun həyat yoldaşı Azadə Rzayeva deyir ki, elə həmən gün əməliyyatı həkim İshaq Sadayev aparıb. Əməliyyatdan sonra Siyavuş Rzayev özünü pis hiss edib. Yaxınları iddia edirlər ki, əməliyyat zamanı həkim onun bağırsağını kəsib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 29 oktyabr saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 60 yaşlı şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada əməliyyat blokuna alınıb.
O da qeyd edilib ki, ölümün dəqiq səbəbi tibbi ekspertizasının verdiyi rəydən sonra bilinəcək.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 Noyabr 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















