Həkim: Qida rejiminin pozulması ilə yuxusuzluq arasında bağlılıq var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Yuxusuzluq qida rejiminin pozulmasına səbəb olur ki, bu da öz növbəsində hormonal dəyişikliklərə gətirib çıxarır.
Oxu.Az xəbər verir ki, rusiyalı həkim-somnoloq Maksim Novikov "İzvestiya" nəşrinə müsahibəsində yuxusuzluqla gecələr qidalanmaq sindromu arasındakı əlaqədən danışıb.
"Gecələr qida qəbul etmək sindromu əsas şam yeməyindən sonra müntəzəm şəkildə qidalanmaqla xarakterizə olunur. Bu yanlış rejimin əsas nəticələri yuxunun pozulması, çəki artımı və gecə qəlyanaltılarından sonra yaranan özünü günahlandırma hissidir. Yuxusuzluq eyni zamanda toxluq hissindən məsul olan leptin hormonunun istehsalını azaldır, aclığı stimullaşdıran qrelinin istehsalını isə artırır. Nəticədə, gecələr həddindən artıq yeməyə fizioloji meyil yaranır. Əlavə olaraq, yavaş metabolizm, insulinə həssaslığın azalması və idrak funksiyalarının, o cümlədən özünü idarəetmə qabiliyyətinin zəifləməsi də müşahidə olunur", - deyə mütəxəssis qeyd edib.
Novikov vurğulayıb ki, yuxusuzluqla qidalanma pozuntuları arasındakı əlaqəni anlamaq effektiv müalicə strategiyalarının hazırlanmasına imkan verir. Bu səbəbdən, belə hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Sentyabr 2025 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















