Icma.az
close
up
RU
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: Oturub izləyirəm ki, bir az da məşhurlaşım VİDEO

HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: Oturub izləyirəm ki, bir az da məşhurlaşım VİDEO

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb.

Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib:

“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.

Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, - məlumatda vurğulanıb.

Göründüyü kimi, G.Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığını heçə sayıb.

Həkimdən fərqli olaraq, sözügedən videonu etik qaydalar çərçivəsində təqdim edirik:

***

Məşhur deyildim, məşhur oldum, çox sağolsunlar. Heç bir hüquqi əsas olmadan səhifəmdən götürüb paylaşıblar"
Bunu Demokrat.az-a açıqlamasında yayılan görüntüləri ilə bağlı danışan radioloq-mammoloq Günel Qəmbərova deyib. O bildirib ki, pasiyentin videonun paylaşılması ilə bağlı narazılığı olmayıb:
"Xəstə məmnun, mən məmnun. Xəstənin üzü bağlanıb, süd vəzisi isə bütün paylaşımlarımda göstərilir. Mənim işim süd vəzidir. Bu adi bir prosedurdur, əməliyyat deyil. Radioloq əməliyyat həkimi deyil. Oturub izləyirəm ki, bir az da məşhurlaşım".
Qeyd edək ki, Günel Qəmbərovanın prosedur zamanı çəkilən əyləncəli görüntüsü, videoda pasiyentin sinəsinin görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri