Icma.az
close
up
RU
Həkimdən kondisioner xəbərdarlığı: Bu temperaturdan aşağı salmayın

Həkimdən kondisioner xəbərdarlığı: Bu temperaturdan aşağı salmayın

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Havaların dəyişkən, əsasən isə isti keçməsi səbəbindən insanlar kondisionerlərdən daha çox istifadə etməyə başlayırlar. Lakin bəzi hallarda sərinləndiricilərdən həddindən artıq və ya düzgün qaydada istifadə olunmur.

Bəs kondisioner üçün sağlamlıq baxımından ən uyğun temperatur neçə dərəcə hesab edilir? Ondan düzgün istifadə edilməməsi hansı xəstəliklərin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər?

Həkim-terapevt Şahvələd Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, kondisionerlərdən uzun müddət və düzgün qaydada istifadə olunmaması bir sıra sağlamlıq problemlərinə yol aça bilər.

"Həddindən artıq və düzgün istifadə olunmayan kondisionerlər göz xəstəliklərinə, əzələ, boyun və sinir ağrılarına, burunətrafı ciblərin iltihabı olan sinusit və haymoritə, bronx-ağciyər xəstəliklərinə, eləcə də astmanın kəskinləşməsinə səbəb ola bilər.

Kondisionerlərin otaq şəraitində 24-26 dərəcə temperaturda istifadəsi tövsiyə olunur. Bundan əlavə, qapalı məkanlarda kondisionerdən istifadə zamanı otağın müəyyən qədər havalandırılması vacibdir. Bu səbəbdən pəncərənin qismən açıq saxlanılması məsləhət görülür".

Həkimin sözlərinə görə, kondisionerlərin filtrləri 4-6 həftədən bir təmizlənməlidir:

"Filtrlər vaxtında təmizlənmədikdə onların üzərində bakteriya və digər mikroorqanizmlər toplana bilər. Bu isə havaya yayılan mikroorqanizmlər vasitəsilə müxtəlif infeksion xəstəliklərin yaranma riskini artırır. Onlardan biri də Legionella pneumophila bakteriyasının törətdiyi legioner xəstəliyidir. Bu bakteriya ilə çirklənmiş su damcılarının nəfəs yolu ilə qəbul edilməsi ağır ağciyər infeksiyasına səbəb ola bilər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri