Həkimlər evə yolladı, süni intellektdən soruşdu dərhal xəstəxanaya qaçdı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellekt xilas edib.
Milli.Az xəbər verir ki, ağrıları getdikcə güclənən və narahat olan kişi simptomlarını ətraflı şəkildə süni intellekt əsaslı Qrok adlı söhbət robotuna danışıb. Qrokun cavabı isə tamamilə fərqli olub: sistem xəstənin vəziyyətinin ciddi ola biləcəyini, bunun mədə xorasının deşilməsi və ya atipik apendisit ola biləcəyini qeyd edib və dərhal xəstəxanaya qayıdıb kompüter tomoqrafiyası (KT) etdirilməsini tövsiyə edib.
Qrokun xəbərdarlığı ilə yenidən xəstəxanaya qayıdan kişi həkimlərə aldığı mesajı göstərərək KT müayinəsindən keçmək istədiyini bildirib. Aparılan tomoqrafiya nəticəsində xəstənin apendisitinin demək olar ki, yırtılmaq üzrə olduğu müəyyən edilib. O, dərhal əməliyyata alınıb və 6 saat davam edən uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.
Ölüm təhlükəsindən dönən xəstə yaşadığı hadisəni belə ifadə edib: "Mən bu gün sağam və yaxşıyam, çünki həkimlərin gözündən qaçan vəziyyəti bir süni intellekt gördü."
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















