Həkimlər heyrət içində: Türkiyədə 22 yaşlı xəstənin mədəsindən iki qələm çıxarıldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə qeyri-adi hadisə baş verib: Obsessiv-kompulsiv pozuntu (OKP) xəstəliyi olan 22 yaşlı gənc qadının mədəsindən iki qələm çıxarılıb.
Oxu.Az-ın IHA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağrı vilayətində qeydə alınıb.
Gənc qadın qələm udduğunu bildirərək xəstəxanaya müraciət edib. Ümumi Cərrahiyyə komandası tərəfindən növbəti gün aparılan və təxminən bir saat yarım davam edən endoskopiya əməliyyatı zamanı mədədən biri qurğuşun, digəri isə diyircəkli olmaqla iki qələm çıxarılıb.
Əməliyyatı həyata keçirən Adem Aslan bildirib ki, belə halla ilk dəfə qarşılaşırlar:
"Əvvəllər sancaq, sümük parçası kimi yad cisimlərlə rastlaşırdıq, amma bu qədər uzun və nazik cisim ilk dəfə qarşımıza çıxdı. Mədənin boşalmasını bir gün gözlədik və növbəti gün apardığımız endoskopiyada xəstənin bir yox, iki qələm udduğunu gördük. Xəstəmizin OKP-si olduğu üçün ailəsinə onu tək buraxmamalarını və bu cür əşyaları ətrafda saxlamamalarını tövsiyə etdik", - deyə o vurğulayıb.
Qeyd edilib ki, uğurla nəticələnən əməliyyatdan sonra xəstə bir gün müşahidə altında saxlanılaraq evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Sentyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















