Icma.az
close
up
RU
Həkimlər şoka düşdü 28 xurma, 35 zeytun çəyirdəyi çıxdı

Həkimlər şoka düşdü 28 xurma, 35 zeytun çəyirdəyi çıxdı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zonquldağın Erikli rayonunda yaşayan 92 yaşlı Şərifə Ay həyat yoldaşı vəfat etdikdən sonra övladları ilə birlikdə yaşamağa başlayıb. Bir gün səhər saatlarında əhvalı dəyişib.

 Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, yaşlı qadının qarnında qəfil başlayan şiddətli ağrı qusma ilə nəticələnib. Övladları vaxt itirmədən onu xəstəxanaya aparıblar. Müayinə və analizlərin cavabı həkimləri təəccübləndirib. Məlum olub ki, Ş.Ayın mədəsində və nazik bağırsağında çox sayda yad cisimlər var. Yaşlı qadın təcili cərrahiyəyə aparılıb və bağırsağına tıxanmış 4 santimetrlik daş çıxarılıb. Lakin əsl şok əməliyyat zamanı yaşanıb. Həkimlərin fikrincə, bu daş bağırsaqda çürüməyə və perforasiyaya səbəb olan kütlələrin yalnız başlanğıcı idi. Zonquldaq  Xəstəxanasında aparılan əməliyyatda nazik bağırsağın çürümüş və deşilmiş hissələri həkimlər tərəfindən çıxarılaraq sağlam hissələri ilə birləşdirilib. Ş.Ayın sağlamlıq probleminin bir nömrəli səbəbi mədəsindən çıxarılan 28 xurma və 35 zeytun çəyirdəyi olub. Cəmi 63 ədəd tumla yanaşı, xurma tumlarının bərkiməsi nəticəsində əmələ gələn 5-6 santimetr ölçülü 5 ədəd daş da çıxarılıb. 2 saatlıq əməliyyatdan sonra 5 günlük reanimasiya prosesini tamamlayan qadın sağlamlığına qovuşub. Xurma və zeytun yeməyi çox sevən Şərifə Ayın mədəsində 63 tum və daşlaşmış parçalar illərlə toplaşıb. Xurma və zeytun yeyərkən udduğu tumların ona bu qədər zərər verəcəyini bilməyib. Ş.Ay "mən hardan biləydim belə olacağını. Qızım "ana, çəyirdəkləri mənə ver", deyirdi, mən də "yox", deyib udurdum, amma zaman keçdikcə nə çörək yeyə, nə də su içə bildim. Hər şey boğazımda ilişib qalırdı. Düşündüm ki, ölürəm. Məni xəstəxanaya apardılar. Bu mənim günahımdır”. 92 yaşlı Ş.Ay xurma və zeytun tumlarını udan ilk insan deyil. Üstəlik, bunu edənlərin sayı kifayət qədər çoxdur. Çünki illərdir ictimaiyyət arasında dolaşan yalan məlumat var ki, guya xurma və zeytun tumları zərərsizdir, bəziləri hətta mədəyə çatmadan yemək borusunda əriməyə başladığını düşünürlər. Ancaq bu iddiaların heç bir elmi əsası yoxdur. Qastroenterologiya mütəxəssisi A.Emrə Yıldırım da bu iddiaların sadəcə təxəyyül məhsulu olduğunu və əslində, ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb. Bu günə qədər aparılan elmi araşdırmalarda zeytun tumlarının faydalı olduğunu göstərən heç bir etibarlı məlumatın ortaya çıxmadığına diqqət çəkən Emrə Yıldırım, “sağlamlıq baxımından heç bir dəlili olmayan bir tətbiqin “təbii” olduğu səbəbiylə faydalı kimi qəbul edilməsi mümkün deyil” deyib. Udulmuş sərt çəyirdəklərin mədə və bağırsaqlarda yığılaraq obstruksiya, bağırsaq perforasiyası və hətta appendisit kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu bir çox hadisənin elmi ədəbiyyatda sənədləşdirildiyini ifadə edən həkim “əslində, bir çox xəstələr bu sağlamlıq problemlərindən ancaq əməliyyatla xilas ola bilirlər”, söyləyib. Həkim bildirib ki, zeytun və xurma tumları kimi, gavalı, şaftalı və ərik tumlarını udmaq da ziyanlıdır. Meyvə çəyirdəklərindən başqa saqqız udmağın zərərli olduğunu deyən həkim “bir dəfəylə heç nə olmaz”, arxayınlığına düşmək ağır nəticələrə səbəb ola bilər. Bunlar mədə və nazik bağırsağı blokada edən maddələr arasındadır. Qarpız tumları da eyni dərəcədə zərərlidir. Meyvə tumları şüurlu şəkildə udulmamalıdır. Onlar  yoğun bağırsağın “divertikul” adlanan zəif yerlərindəki kisəciklərdə toplanıb qalır, bağırsaq zədələnməsinə və qanaxmalara səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri