Icma.az
close
up
RU
92 yaşlı qadının mədəsindən 28 xurma, 35 zeytun çəyirdəyi və 5 daş çıxarıldı

92 yaşlı qadının mədəsindən 28 xurma, 35 zeytun çəyirdəyi və 5 daş çıxarıldı

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Türkiyədə 92 yaşlı Şərifə Ayın mədə və bağırsaqlarından əməliyyat yolu ilə 28 xurma, 35 zeytun çəyirdəyi və 5 daş çıxarılıb. O, uğurlu əməliyyatdan sonra sağlığına qovuşub.

BAKU.WS xəbər verir ki, bu barədə trt haber məluma yayıb.

Şərifə Ay fevralın 5-də qarın ağrısı və qusma şikayəti ilə xəstəxanaya aparılıb. Müayinə zamanı onun mədə və bağırsaqlarında yad cisimlər aşkar edilib və o, Zonuldak Bülənt Ecevit Universiteti (BEUN) Xəstəxanasına göndərilib.

Həkimlər Ayın bağırsağında 4 santimetr böyüklüyündə bir daşın tıxanıqlığa səbəb olduğunu, bu isə orqanın çürüməsinə və deşilməsinə yol açdığını müəyyən ediblər.

Bundan əlavə, onun mədəsindən 28 xurma və 35 zeytun çəyirdəyi, həmçinin xurma çəyirdəklərinin sərtləşərək əmələ gətirdiyi 5,5-6 santimetrlik 5 daş çıxarılıb.

Təxminən 2 saat davam edən əməliyyatdan sonra 5 gün reanimasiya şöbəsində saxlanılan Ay daha sonra palataya köçürülüb və sağlamlığına qovuşub.

Əməliyyatı həyata keçirən dosent İlhan Taşdöven bildirib ki, xəstənin qan dəyərlərinin yüksəlməsi səbəbindən təcili əməliyyata ehtiyac yaranıb.

"Hazırda xəstəmiz sağlamdır. Amma mədədəki bu cür sərtləşmiş qidalar çox təhlükəlidir. Mədə onları həzm edə bilmir və zamanla daşlaşaraq mədə və bağırsaqların deşilməsinə səbəb ola bilər. Ona görə də belə vərdişlər tövsiyə olunmur", – deyə Taşdöven qeyd edib.

Şərifə Ay isə xurma və zeytini çox sevdiyini, lakin çəyirdəklərini də udduğunu etiraf edib.

"Mən belə olacağımı hardan bilim? Qızım çəyirdəkləri verməyimi istədi, amma 'Olmaz' deyib udmuşdum. Sonra nə yemək yeyə bildim, nə də su içə bildim. Oğlum halımı görüb məni xəstəxanaya apardı. Çox qorxdum, sanki ölürdüm. İndi yaxşıyam və bir daha əsla çəyirdəklərə toxunmaram. Heç kim çəyirdək udmasın", – deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Fevral 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri