Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Həkimlərimizi tanıyın! Dr. Kamran Beydullayev

Həkimlərimizi tanıyın! Dr. Kamran Beydullayev

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Dr. Kamran Beydullayevi təqdim edirik.
Transplantasiya sahəsində ilklərə imza atan cərrah
Dr. Kamran Beydullayev uzun illərdir ümumi cərrahiyyə və orqan transplantasiyası sahəsində fəaliyyət göstərir. O, böyrək və qaraciyər transplantasiyası əməliyyatları ilə yanaşı, müasir cərrahi üsulların tətbiqinə, xüsusilə laparoskopik cərrahiyyənin inkişafına mühüm önəm verir.
Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Kamran həkim canlı donordan böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını həm laparoskopik (qapalı), həm də açıq üsulla icra edir. Laparoskopik üsulun tətbiqi cərrahiyyədə müasir yanaşmanın mühüm istiqamətlərindən biridir.
Həkimin peşəkar fəaliyyəti, zəngin təcrübəsi və transplantasiya sahəsində əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz.
Azərbaycan səhiyyəsində mühüm yenilik
2025-ci ilin fevral ayında Dr. Kamran Beydullayev meyit donordan orqanın götürülməsi əməliyyatını Azərbaycanda ilk dəfə icra edərək transplantasiya sahəsində mühüm yeniliyə imza atıb.
Həmin dövrdə Mərkəzi Gömrük Hospitalında hepatit B və hepatit D virusları səbəbindən qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan Mənzər Şərifovaya meyit donordan götürülmüş qaraciyər uğurla köçürülüb. Bu əməliyyat Azərbaycan səhiyyəsində meyit donordan qaraciyər transplantasiyasının həyata keçirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Artıq Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində canlı donordan və beyin ölümü keçirmiş meyit donordan böyrək və qaraciyər transplantasiyası əməliyyatları uğurla həyata keçirilir.
Laparoskopik cərrahiyyədə peşəkar təcrübə
Dr. Kamran Beydullayevin fəaliyyətinin mühüm istiqamətlərindən biri laparoskopik cərrahiyyədir. O, MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası zamanı donor əməliyyatını ilk dəfə laparoskopik üsulla icra edən cərrah kimi tanınır.
Laparoskopik əməliyyatlar xüsusi alətlər və kamera vasitəsilə kiçik kəsiklərdən həyata keçirilir. Bu yanaşma uyğun hallarda cərrahi travmanın azaldılmasına və xəstənin bərpa prosesinin asanlaşmasına imkan yarada bilər. Donor əməliyyatlarında isə həm donorun təhlükəsizliyi, həm də orqanın keyfiyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Kamran həkimin transplantasiya sahəsində laparoskopik üsullardan istifadə etməsi müasir cərrahi texnologiyaların tətbiqinə və bu istiqamətdə təcrübənin inkişafına verdiyi töhfəni göstərir.
Geniş fəaliyyət sahəsi və müasir cərrahi yanaşma
Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında böyrək və qaraciyər transplantasiyası ilə yanaşı, müxtəlif mürəkkəb cərrahi əməliyyatları da həyata keçirir.
Onun fəaliyyət sahəsinə Böyrək və qaraciyər transplantasiyası; Öd kisəsi və öd yollarının cərrahiyyəsi; Mədəaltı vəzinin cərrahi müalicəsi; Mədə, nazik və yoğun bağırsaq əməliyyatları; Proktoloji əməliyyatlar; Yırtıqların cərrahi müalicəsi; Endokrin vəzilər və böyrəküstü vəzi əməliyyatları daxildir.
Bu əməliyyatlar tibbi göstərişlərdən asılı olaraq açıq və ya laparoskopik üsulla icra edilir. Müalicə taktikasının müəyyənləşdirilməsində xəstənin vəziyyəti, xəstəliyin xüsusiyyətləri və əməliyyatın məqsədi nəzərə alınır.
Təhsildən beynəlxalq təcrübəyə uzanan yol
Dr. Kamran Beydullayev 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Ali tibb təhsilindən sonra ümumi cərrahiyyə üzrə internatura keçərək peşəkar fəaliyyətinə başlayıb.
2002–2007-ci illərdə Səudiyyə Ərəbistanında yerləşən Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanları uğurla verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu əldə edib.
Peşəkar inkişafını davam etdirən Kamran həkim 2008–2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Beynəlxalq təcrübə onun transplantasiya sahəsində bilik və bacarıqlarının daha da təkmilləşməsində mühüm rol oynayıb.
Uzunillik peşəkar fəaliyyət və elmi nailiyyətlər
Dr. Kamran Beydullayev 2007–2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan Transplantasiyası şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərib. 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi çalışır.
O, müxtəlif elmi konfranslarda posterlərlə və elmi məruzələrlə iştirak edib, 20-yə yaxın elmi məqalənin müəllifidir. Həmçinin Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.
Kamran həkimin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də orqan transplantasiyası sahəsində beynəlxalq elmi təcrübənin öyrənilməsi və tətbiqidir. Onun həmmüəlliflərindən biri olduğu iki elmi məqalə ABŞ-ın nüfuzlu Elsevier nəşriyyatının çap etdirdiyi Transplantation Proceedings jurnalında dərc olunub.
Bir peşə, böyük məsuliyyət və yeni həyat ümidi
Orqan transplantasiyası yüksək ixtisas, dəqiqlik, komanda işi və böyük məsuliyyət tələb edən tibbi sahədir. Bu əməliyyatlarda donorun təhlükəsizliyinin qorunması, orqanın düzgün şəkildə götürülməsi və resipiyentin vəziyyətinin diqqətlə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dr. Kamran Beydullayev uzunillik fəaliyyəti, beynəlxalq təcrübəsi və transplantasiya sahəsində tətbiq etdiyi müasir cərrahi üsullarla Azərbaycan səhiyyəsində bu istiqamətin inkişafına töhfə verir. Onun peşəkar fəaliyyəti transplantasiya gözləyən pasiyentlər üçün yeni müalicə imkanlarının yaradılmasına xidmət edir.
Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Mərkəzi Gömrük Hospitalı – sağlamlığınızın keşiyində!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Oktyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri