Həkimlərin hərbi xidməti könüllü olsun Millət vəkilindən təklif
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini RəşadMahmudov Milli Məclisin plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsi zamanı tibb universitetini bitirənlər, rezisdentlər, eləcə də gənc həkimlərin hərbi çağırışı ilə bağlı təklif irəli sürüb.
“Medicina” xəbər verir ki, o, həkimlərin ölkə xaricinə çıxmasının səbəblərindən danışıb:
“Təəssüf ki, son illər tibbi təhsili başa vuran gənclərin müəyyən hissəsinin ölkədən kənarda qalmağa üstünlük verməsinin şahidi oluruq.
Bunun səbəbləri müxtəlifdir, amma etiraf etməliyik ki, uzun və peşədən tam ayıran hərbi mükəlləfiyyət də bu qərarlara təsir edən amillərdən biridir.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi yalnız mövcud hüquqi normaların təkmilləşdirilməsi deyil, eyni zamanda gələcəyə hesablanmış, strateji bir yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mən bu layihə çərçivəsində xüsusilə bir modelə diqqət çəkmək istərdim. Söhbət həkimlərin və yüksək texniki hazırlıqlı mütəxəssislərin hərbi mükəlləfiyyətinin klassik çağırış mexanizmindən çıxarılaraq, peşələrinə uyğun, real fayda yaradan xidmət formasına çevrilməsindən gedir.
Təklif etdiyimiz model isə tam əks yanaşmanı ehtiva edir. Məqsəd həkimi sistemdən kənarlaşdırmaq yox, onu dövlət xidmətinə daha ağıllı şəkildə cəlb etməkdir. Həkim orduda həkim kimi, texniki mütəxəssis isə öz ixtisası üzrə xidmət etməli, bu proses həm qısa müddətli, həm də peşəkar əsasda təşkil olunmalıdır.
Bu yanaşma beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə bu model illərdir uğurla tətbiq olunur. Burada söhbət güzəştdən yox, dövlət maraqlarına uyğun effektiv mexanizmdən gedir.
Qanun layihəsində nəzərdə tutulan müddətin azaldılması, könüllülük və müqavilə mexanizmlərinin genişləndirilməsi gələcəkdə bu modelin daha da inkişaf etdirilməsi üçün hüquqi zəmin yaradır. Bu, bir tərəfdən ordunun real ehtiyaclarını qarşılayır, digər tərəfdən isə gənc mütəxəssislərin ölkədə qalmasına, peşə fəaliyyətlərini burada davam etdirməsinə stimul verir.
Hesab edirəm ki, bu yanaşma ilə biz hərbi mükəlləfiyyət anlayışına yeni məzmun veririk: formal iştirakdan real faydaya, məcburi ayrılıqdan peşə üzərindən xidmət modelinə keçə bilərik”.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















