Prezident Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC nin istehsal müəssisəsinin təməlini qoyub FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
Milli.Az xəbər verir ki, "Saloğlu Qarabağ" MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















