Icma.az
close
up
RU
Helali: ABŞ Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

Helali: ABŞ Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar prosesində irəliləyiş əldə olunarsa, ABŞ Rusiyaya Fedarasiyasına qarşı sanksiyaları ləğv etməyə başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri amerikalı hüquq müdafiəçisi və ABŞ Kommunist Partiyasının üzvü Kristofer Helali Rusiya mətbuatına müsahibəsində Vladimir Putinlə Donald Trampın telefon danışıqlarını şərh edərkən bildirib.

“Düşünürəm ki, bu prosesin əsası, əgər daha da inkişaf edərsə, Tramp administrasiyasının artıq sosial şəbəkələrdə elan etdiyi danışıqlar olacaq. Ukraynalı həmkarları ilə qarşılıqlı əlaqədə olacaq vitse-prezident Ceyms Di Vansın rəhbərliyi altında danışıqlar qrupunun dərhal işə başlaması gözlənilir. Əgər irəliləyiş əldə olunarsa və danışıqlar plan üzrə getsə, gələcəkdə Ukrayna ilə bağlı razılaşmalar əldə olunarsa, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər”, - deyə o vurğulayıb.

Eyni zamanda ekspert qeyd edib ki, ABŞ-da hələ də Amerika hegemonluğunun qorunub saxlanmasının tərəfdarları var. "Bildiyim qədər, prezidentlər Tramp və Putin arasında telefon danışığının bir hissəsi ABŞ dolları və bir sıra iqtisadi məsələlərlə bağlı olub. Əminəm ki, BRİKS-in də adı çəkilib. Beləliklə, dedollarizasiya və çoxqütblü dünyanın inkişafı ilə bağlı müzakirələr davam edir. Təbii ki, Tramp “Birinci Amerika”nı ifadə edir və üstəlik, ABŞ-da Amerika hegemonluğunu qorumağa çalışan nüfuzlu qüvvələr var. Ona görə də hələ görüləcək və başa düşüləcək çox şey var və mən bu danışıqların hansı nəticələrə gətirib çıxaracağını maraqla gözləyirəm”, - deyə Helali əlavə edib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp fevralın 12-də telefon danışığında Ukraynada nizamlanma perspektivlərini müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Putin də öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh danışıqları yolu ilə nail olmaq olar, Rusiya liderinin mətbuat xidməti qeyd edib. ABŞ administrasiyasının rəhbəri “Truth Social”da yazıb ki, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlamalıdır.

Belçikanın paytaxtında Kiyevə silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun növbəti iclasında çıxış edən Pentaqonun rəhbəri Pit Heqset vurğulayıb ki, 2014-cü ildən etibarən Ukrayna sərhədlərinə qayıtmaq “qeyri-real məsələdir”. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını faktiki olaraq istisna edib və Avropaya xəbərdarlıq edib ki, Tramp administrasiyasına görə, o, öz təhlükəsizliyini təmin etməlidir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri