Hələb qəssabı ləqəbli SEPAH komandiri yenidən Suriyaya göndərilib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının yüksəkrütbəli komandirlərindən biri, "Hələb qəssabı" ləqəbli Cavad Qaffari yenidən Suriyaya göndərilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, Qaffari 2011-ci ildə Suriyaya göndərilən ilk generallardan biridir. Bundan əvvəl o, SEPAH-ın Hələbdəki qərargahına rəhbərlik edib, daha sonra bu ölkədəki İran və proksi qüvvələrinə nəzarət edib.
Qeyd olunub ki, Cavad Qaffari 2021-ci ildə Suriyanın suverenliyini pozduğuna görə Bəşar Əsəd hökuməti tərəfindən ölkədən çıxarılıb və hazırda SEPAH-ın Kəşfiyyat Təşkilatının xüsusi əməliyyatlar bölməsinin rəhbəridir.
Baxış sayı:68
Bu xəbər 02 Dekabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















