Icma.az
close
up
RU
Hələb sakinləri Azərbaycan qazını belə qarşıladı

Hələb sakinləri Azərbaycan qazını belə qarşıladı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hələb əhalisi Azərbaycan qazının Suriyada istismara verilməsini böyük coşqu ilə qarşılayıblar.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyə üzərindən Hələbə çatdırılması yerli əhalinin sevincinə səbəb olub.

Müharibənin vurduğu ağır yaralardan əziyyət çəkən suriyalılar üçün Azərbaycan qazı sanki məlhəm rolunu oynayır. Çünki enerji qaynaqlarının bölgəyə gəlməsi sosial-iqtisadi həyatı da dirçəldəcək.
Hələb sakinləri Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın Suriya xalqı üçün həyati əhəmiyyətini xüsusi qeyd ediblər. Bu inkişafın xüsusilə istehsala, təhsilə və gündəlik həyata müsbət təsirləri olacağına inanırlar.

Hələb sakini Məhəmməd əl-Abdullah qarşılaşdıqları çətinliklərə baxmayaraq, əməkdaşlığa və həmrəyliyə böyük əhəmiyyət verdiklərini deyib: “Bu ölkəyə yardım əlini uzadan hər kəsə təşəkkür edirik. Çünki bu ölkə tükənib. Təhsil bu ölkəni inşallah ayağa qaldıracaq”.

Hələb sakini Əbdüllətif Haccu elektrik enerjisinin və təbii qazın gündəlik həyat üçün vacib olduğunu vurğulayıb: “Bizim elektrikə ehtiyacımız var, insanların buna ehtiyacı var. Qazdan elektrik enerjisi istehsal olunsa, çox gözəl olardı”.

Bir müddət Türkiyədə yaşayan Mahmud Hammaş Türkiyənin verdiyi dəstəyi xatırlayaraq bildirib:

“Əvvəlcə təhlükəsizliyi təmin etdilər, indi də qaz göndərirlər. Allah min dəfə bərəkət versin. İşıqsız həyat dayanır. İnşallah, nəqliyyatın, çörəyin qiyməti də ucuzlaşacaq”.

Hələbdə tekstil sektorunda çalışan Ferid Hoca təbii qazın istehsal gücünü artıracağını bildirib:

“Enerji yerli istehsalın təməlidir. Bu, qiymətlərə müsbət təsir göstərəcək. İxrac imkanlarımız artacaq. Suriya xalqı çox əziyyət çəkdi, amma onlar məhsuldar və güclü xalqdırlar. Doğru şərtlər yerinə yetirilərsə, ölkələrini yenidən quracaqlar” dedi.

Leys əl-Emin adlı Hələb sakini qazın verilməsinin insanların yükünü yüngülləşdirəcəyinə ümid edir: “Elektrik bizim ən vacib məsələmizdi. İnsanlar generatorlardan bezib. İndi elektrik enerjisi bərpa olunanda işlər yaxşılaşacaq”.

Şəhər sakini Hayl Cuvayl inkişafdan məmnunluğunu ifadə edərək bildirib: “Elektrik saatları artacaq, generatordan istifadə azalacaq. Sənaye, ticarət və gündəlik həyata müsbət təsirlərini görəcəyik. Türkiyəyə, Azərbaycana və Suriya Prezidenti Əhməd Şara təşəkkür edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Avqust 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri