HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
HƏMAS nümayəndə heyəti Misirdəki vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edərək birdəfəlik girov mübadiləsinə və beş illik atəşkəsə hazır olduqlarını açıqlayıb.
APA xəbər verir ki, bunu adının açıqlamasını istəməyən HƏMAS rəsmisi Fransa mətbuatına verdiyi açıqlamada deyib.
Məlumatda bildirilir ki, HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqların bir hissəsi olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Heyət burada beş illik atəşkəs şərtilə girovları azad etməyə hazır olduğunu deyib.
Həmas rəsmisi Mahmud Mərdəvi isə Qahirədə aparılan danışıqlarla bağlı açıqlamasında belə deyib: "Bu dəfə biz müharibənin bitdiyinə dair zəmanət tələb edəcəyik. İşğalçı qismən razılaşdıqdan sonra müharibəyə qayıda bilər. Lakin hərtərəfli razılaşma və beynəlxalq zəmanətlə bunu edə bilməyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 27 Aprel 2025 05:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















