HƏMAS: Fələstinli məhbuslar azad olunana qədər işgəncələrə məruz qalıblar
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
HƏMAS azadlığa buraxılan fələstinli əsirlərin ifadələrinə əsaslanaraq, onların son günlərdə və hətta sərbəst buraxılmalarının son anına qədər işgəncəyə və pis rəftara məruz qaldıqlarını bildirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Hərəkatın yaydığı yazılı açıqlamada qeyd olunub ki, “Azad edilən əsirlərin dəhşətli ifadələri, onların azad olunmalarından bir neçə gün əvvələ qədər və hətta son anlara qədər işgəncəyə məruz qaldıqlarını açıq şəkildə göstərir.”
Açıqlamada vurğulanıb ki, fələstinli əsirlər fiziki və psixoloji işgəncə, tibbi səhlənkarlıq, aclıq, susuzluq və dərman çatışmazlığı kimi ağır şərtlərə məruz qalıb. "Bu, işğalçı dövlət tərəfindən sistematik şəkildə həyata keçirilən tammiqyaslı müharibə cinayətidir və əsirlərlə bağlı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır",-deyə qeyd olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin İsrailin Negev həbsxanasından fələstinli əsirləri azad edərkən onlara qarşı göstərdiyi münasibətə etiraz etməsi də açıqlamada qeyd olunub. Bildirilib ki, bu cür cinayətlər İsrailin beynəlxalq hüquqa məhəl qoymadığının ən açıq sübutudur.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















